Mojo.az Banner
14:47 Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb  |     14:32 Könüllü qanvermə aksiyası keçiriləcək  |     14:30 Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı  |     14:16 Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü - FOTO  |     14:10 Tıxacda qalmaq istəmirsinizsə, bunları bilməlisiniz  |     13:10 Bakıda əməliyyat: 70 yaşlı qadın saxlanıldı  |     12:58 Pensiyalar nə vaxt ödəniləcək?  |     12:47 Bakıda restoranda mühafizəçinin meyiti tapıldı  |     12:46 Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş: Adları bilindi  |     12:45 Tıxaca düşən deputat iclasa gecikdi: "Üzr istəməlidirlər"  |     12:43 Tanınmış iş adamının nəvəsi qonşunu güllələdi: Təfərrüat məlum oldu - Foto (Yenilənib)  |     12:41 Rumıniyada sabiq prezidentliyə namizəd həbs olundu  |     12:38 Ramiz Mehdiyevin məhkəməsi oldu - VİDEO (YENİLƏNİB)  |     12:35 Qisas almaq üçün 68 yaşlı kişini öldürüb su quyusuna atdı - Təfərrüat  |     12:17 Market işçiləri arasında dava: Bıçaqlanan var  |     12:11 Türkiyə səhəri güclü zəlzələ ilə açdı  |     12:05 Sabirabadda bir ailə qəzaya düşdü  |     12:03 Xüsusilə külli miqdarda marixuananı Azərbaycandan keçirmək istədilər - Video  |     12:01 Qadın hindistanlı turisti Bakıda hoteldə qarət etdi - Təfərrüat  |     11:59 Paytaxtda 10 otaqlı evdə yanğın olub - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan əhalisi qida üzündən ölən ilk 10 ölkə arasında 6-cıdır

15.03.2019 23:52 1 652
Azərbaycan əhalisi qida üzündən ölən ilk 10 ölkə arasında 6-cıdır
Azərbaycan düzgün qidalanmama üzündən ölüm hallarının ən yüksək olduğu ölkələr arasında 6-cıdır.

Median.Az
xəbər verir ki, bu barədə "Daily Mail” qəzetinin dərc etdiyi reytinqdə deyilir.

Reytinqə əsasən Azərbaycanda hər 100 min adamdan 313-ü düzgün və keyfiyyətli qidalanmama üzündən ölür. Bu siyahıda birinci yeri Özbəkistan tutur-hər yüz min adamın 394-ü düzgün qidalanmama səbəbindən həyatını itirir. Sonrakı yerlərdə Türkmənistan (376), Qırğızıstan (350), Ukrayna (349) və Azərbaycan gəlir. İlk onluqda Tacikistan, Qazaxıstan və Rusiya da yer alır.

Öz növbəsində qida keyfiyyətinə görə vəziyyətin ən yaxşı olduğu on ölkə arasında İspaniya liderlik edir. Bu ölkədə hər yüz min adamıncəmi 43-ü düzgün qidalanmamaya görə ölür. İlk onluqda İsrail (43), Fransa (46) Niderland (52), Andorra (54), Danimarka (59), İsveçrə (60), habelə Norveç və İtaliya da var.

Zərərli qida vərdişlərinə görə ən yüksək ölüm səviyyəsi MDB ölkələrindədir. Alimlərin araşdırmalarına görə 2016-cı ildə düzgün qidalanmama Avropada ölümlərin yarıdan çoxunun səbəbini təşkil edib. Qitə əhalisinin 2 milyon nəfərə yaxını qidada yüksək duzluluq səviyyəsi, tərəvəzdən, qozdan və taxıl məhsullarından az istifadə üzündən ölüb.скачать dle 11.3
Mojo.az Banner