Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Sabah istehsal olunacaq yumurta "OBA" marketdə bu gün satışa çıxarılıb - FOTOFAKT

14.03.2019 23:17 4 118
Sabah istehsal olunacaq yumurta
"OBA" marketlər şəbəkəsində üzərində istehsal tarixi 15.03.19-cu il göstərilmiş yumurtalar martın 14-də satışa çıxarılıb.

Bu barədə Baku.ws-ə İsmayıl Tağıyev adlı oxucumuz məlumat verib. Onun sözlərinə görə, həmin yumurtaları Yasamal rayonunda (Kaktus restoranının yaxınlığında) yerləşən Oba marketdən alıb. Üzrəindəki istehsal tarixi isə evdə diqqətini cəlb edib.

"OBA" marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Elvin Babayev bunun texniki səhv olduğunu bildirib. O qeyd edib ki, sabah bununla bağlı istehsalçı şirkətdən izahat tələb olunacaq və ətraflı məlumat yayılacaq.

Son xəbərlər