Mojo.az Banner
13:36 Azərbaycanın üç boksçusu dünya çempionatında yarımfinala yüksəlib  |     13:36 "Şərurlu İsfəndiyar"ın məhkəməsində Ramiz Mehdiyevin də adı hallanır: Vəkil etiraz etdi  |     13:35 Rusiyada universitetdə partlayış: Ölənlər və yaralananlar var  |     13:33 Fəaliyyəti dayandırılan "Paysis"in tutulan rəhbərinin əmlakına HƏBS QOYULDU (Yenilənib)  |     13:31 Paşinyan: "Əminəm ki, Azərbaycan nümayəndə heyətləri yaxın gələcəkdə Ermənistana səfər edəcəklər"  |     13:30 Azərbaycanı Türkmənistanın bitərəfliyinin tanınmasının ildönümü ilə bağlı tədbirlərdə Baş nazir təmsil edəcək  |     13:28 İrandan Azərbaycana 53 kiloqram narkotiki keçirmək istəyən şəxs TUTULDU  |     13:28 Masazırda məktəbin qarşısında lük problemi: "Neçə nəfər ora düşüb, ağzını bağlamırlar" (Video)  |     13:22 Gümüşün qiymətində tarixi rekord  |     13:22 Üç milyonluq cinayətlə bağlı general ifadə verdi: "Dedim ki, şabalıd işinə baxırıq, monopolistik"  |     13:18 Fövqəladə Hallar Nazirliyi balıq ovu ilə məşğul olan şəxslərə müraciət edib  |     13:15 Generalın vəzifəli oğlu saxlanıldı  |     13:12 Bakıda iki maşın toqquşdu - Sürücünün xilasedilmə GÖRÜNTÜLƏRİ (Video)  |     13:11 Güclü yağış 71 nömrəli orta məktəbin şağirdlərinin gediş-gəlişinə problem yaratdı (Video)  |     13:10 Türkiyədə zəlzələ oldu  |     13:09 Ramil Usubov Viktor Mahmudovla görüşüb  |     13:02 Bakıda sevgilisini evindən qovmaq istəyən qadın bıçaqlandı  |     13:01 Paşinyanın təyyarəsi Moskva hava limanına eniş edə bilmədi  |     13:00 Beyləqanda vəzifəli şəxsdən şikayət edən qadın məhkəməyə verildi  |     12:56 Üzərində Polad Həşimovun şəkli olan 3000 manatlıq əsginaslar tədavülə buraxılıb?  |    
Left Banner
Right Banner

Kim Çen Inın qardaşının “qatili” azad edildi - FOTO

11.03.2019 11:52 3 521
Kim Çen Inın qardaşının “qatili” azad edildi - FOTO
Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namı öldürməkdə şübhəli bilinən indoneziyalı qadın azad edilib.

Bu barədə BBC məlumat yayıb.

Siti Asiya 2017-ci ildə Kuala Lampur aeroportunda Kimin üzünə VX toksik maddəsi sürtməkdə ittiham olunurdu.

Asiya və onunla əlbir olmaqda şübhəli bilinən vyetnamlı Doan Ti Honq qətllə bağlı ittihamı rədd edir və yumoristik xarakterli qurama televiziya şousunda iştirak etdiklərini güman etdiklərini bildirir.

Belə ki, onların vəkillərinin dediyinə görə, tanımadıqları şəxs onlara “prank”də iştirak edərək, aeroportda və hotellərdə olan insanların üzlərinə maye sürtmələrinə görə yaxşı pul ödəyib.

Məlumata görə, hakim prokurorun vəsatəti əsasında qətllə bağlı cinayət işinə xitam verib. Habelə AFP agentliyi bunun bəraət qərar olmadığını və onun başqa maddə ilə mühakimə oluna biləcəyini yazır.

Təqsiri sübuta yetirilsəydi, Siti Asiya ən ağır cəza – ölüm cəzası ilə üzləşəcəkdi.

Xatırladaq ki, insident 13 fevral 2017-ci ildə baş verib. Kuala Lampurdan Makaoya uçan təyyarəyə minməyə çalışan Kim Çon-Nama iki qadın yaxınlaşıb və əllərini onun üzünə sürtərək, ərazidən uzaqlaşıblar.

Bir müddətdən sonra halı dəyişən Kim xəstəxanaya çatdırılan vaxt yolda keçinib. Məhkəmə tibbi ekspert müayinəsi onun bədənində toksik VX maddəsinin izlərini aşkarlayıb.

Şimali Koreya rəhbərliyi Kim Çen-Namın qətlinin sifarişçisi olması ilə bağlı iddiaları təkzib edir. Lakin qətl günü Malayziyanı dörd şübhəli şimali koreyalının tərk etməsi müəyyən şübhə toxumu səpir.




скачать dle 11.3