Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

"Ümidvaram ki, qollar vurmağa davam edəcəyəm" - Ramil Şeydayev

09.03.2019 22:56 2 874
"Ümidvaram ki, havaya girmişəm və qollar vurmağa davam edəcəyəm. Bu gün qol vurduğum və komanda qalib gəldiyi üçün şadam. İndi turnir baxımından bizə asan olacaq, komandada isə özünə əminlik yaranıb. İki oyuna 4 xal toplamışıq. Bundan sonrası daha yaxşı olacaq".

Median.Az
"Report"a istinadən bildirir ki, bunu "Krılya Sovetov"da çıxış edən Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev "Yenisey" üzərində 4:0 hesabı ilə qələbə qazandıqları Rusiya Premyer Liqasının XIX tur matçından sonra klubun rəsmi saytına müsahibəsində deyib.

23 yaşlı hücumçu vurduğu 4-cü qol barədə danışıb:

"Top çönərək mənə gəldi və qol vurdum. Əlbəttə, komanda yoldaşım məndən əvvəl vura bilərdi. Amma futbolda hər şey olur".

Şeydayev ötən tur Moskva "Lokomotiv"i ilə səfər matçında da qol vurduğu halda, bugünkü qarşılaşmada ehtiyatda qalmasından üzüntü duymadığını söyləyib:

"Bu, baş məşqçimiz Miodraq Bojoviçin qərarıdır. Hörmətlə yanaşmaq və ən əsası, əhvalı pozmadan işləməyə davam etmək lazımdır".

Gənc forvard "Krılya Sovetov"da daxili ab-havanın müsbət olduğunu da vurğulayıb. Onun sözlərinə görə, meydanda baş verənlər paltardəyişmə otağına da sirayət edir:

"Bizim komandada yaxşı ab-hava var, biz yaxşı oyun sərgiləyirik".

Şeydayev bu qələbədən sonra 8-ci pilləyə yüksələn "Krılya Sovetov"un mövqeyini qoruyub-qorumamasının gələcək oyunlardan asılı olacağını da əlavə edib:

"Baxacağıq. Bizə oyundan-oyuna irəli getmək lazımdır. Artıq qış fasiləsindən sonra 4 xal qazanmışıq. İndi isə "Anji"ni udmalıyıq. Biz hər bir oyunda qalib gəlməliyik. Mövsümün sonunda isə "8-liy"ə düşüb-düşmədiyimizə baxacağıq".

Son xəbərlər