Mojo.az Banner
14:47 Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb  |     14:32 Könüllü qanvermə aksiyası keçiriləcək  |     14:30 Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı  |     14:16 Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü - FOTO  |     14:10 Tıxacda qalmaq istəmirsinizsə, bunları bilməlisiniz  |     13:10 Bakıda əməliyyat: 70 yaşlı qadın saxlanıldı  |     12:58 Pensiyalar nə vaxt ödəniləcək?  |     12:47 Bakıda restoranda mühafizəçinin meyiti tapıldı  |     12:46 Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş: Adları bilindi  |     12:45 Tıxaca düşən deputat iclasa gecikdi: "Üzr istəməlidirlər"  |     12:43 Tanınmış iş adamının nəvəsi qonşunu güllələdi: Təfərrüat məlum oldu - Foto (Yenilənib)  |     12:41 Rumıniyada sabiq prezidentliyə namizəd həbs olundu  |     12:38 Ramiz Mehdiyevin məhkəməsi oldu - VİDEO (YENİLƏNİB)  |     12:35 Qisas almaq üçün 68 yaşlı kişini öldürüb su quyusuna atdı - Təfərrüat  |     12:17 Market işçiləri arasında dava: Bıçaqlanan var  |     12:11 Türkiyə səhəri güclü zəlzələ ilə açdı  |     12:05 Sabirabadda bir ailə qəzaya düşdü  |     12:03 Xüsusilə külli miqdarda marixuananı Azərbaycandan keçirmək istədilər - Video  |     12:01 Qadın hindistanlı turisti Bakıda hoteldə qarət etdi - Təfərrüat  |     11:59 Paytaxtda 10 otaqlı evdə yanğın olub - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Gəncədəki Novruz yarmarkasından reportaj - VİDEO

09.03.2019 14:14 2 265
Gəncədəki Novruz yarmarkasından reportaj - VİDEO
Novruz Bayramı münasibətilə Gəncədə kənd təsərrüfatı və ərzaq məhsulları satış yarmarkası keçirilib.

Yarmarkada Gəncə və ətraf bölgədə fəaliyyət göstərən müəssisə və şirkətlər, həmçinin fermerlər alıcılara bazar qiymətindən aşağı ərzaq məhsulları təqdim ediblər.

Gəncənin mərkəzi hissəsinə yaxın olan küçələrdən birində təşkil edilən yarmarkanın məqsədi sadə vətəndaşların öz ailə büdcələrinə uyğun bayramqabağı bazarlıq etməsinə imkanın yaradılmasıdır.

Ümumən, 16 pavilyonda yarmarkada satışa çıxarılan məhsulların qiymətləri bazardakı qiymətlərlə müqayisədə orta hesabla 20 faiz ucuz olub. Yarmarkada yumurtanın bir ədədi 10 qəpik, mal ətinin kiloqramı 7-7,5, qoyun əti isə 8-8,5 manat, kartofun kiloqramı 50-60 qəpiyə satılıb.

Yarmarka Novruz bayramınadək hər həftənin son iki günündə davam edəcək.


скачать dle 11.3
Mojo.az Banner