Mojo.az Banner
23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda böyük əməliyyat: külli miqdarda narkotik vasitələr götürüldü

08.03.2019 14:44 1 718
Azərbaycanda böyük əməliyyat: külli miqdarda narkotik vasitələr götürüldü
Azərbaycan polisinin keçirdiyi əməliyyat nəticəsində kütləvi narkotik vasitələr aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, əməliyyat paytaxtda və eləcə də müxtəlif rayonların ərazisində keçirilib.

Belə ki, Suraxanı RPİ-nin 31-ci, 32-ci və 33-cü Polis bölmələri əməkdaşlarının əldə edilmiş məlumat əsasında Bülbülə qəsəbəsi ərazisində yaşayan, əvvəllər məhkum olunmuş V.Bayramovun evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 800 qramdan artıq heroin və 3,2 kiloqramdan çox marixuana götürülüb.

Keçirilmiş digər əməliyyat tədbirləri nəticəsində Yasamal Rayon Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Həsənovdan heroin, evindən isə 315 qram marixuana,

Nəsimi RPİ 20-ci Polis Bölməsinin əməkdaşları Bakı şəhər sakini S.Əliyevdən 480 qram, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədovdan 440 qram marixuana götürüblər.

Bundan başqa, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Tülü kənd sakini, əvvəllər məhkum olunmuş X.Bayramovdan marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq 4,5 kiloqramdan artıq marixuana götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanıb.скачать dle 11.3
Mojo.az Banner