Mojo.az Banner
Son Xəbərlər
11:14 Azərbaycan nefti bahalaşdı  |     23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |    
Mojo.az Avto
Mojo.az Avto

DİN: Qarət olunduğunu iddia edən gözdən əlil sələmçidir

07.03.2019 21:23 1 912
DİN: Qarət olunduğunu iddia edən gözdən əlil sələmçidir
Daxili İşlər Nazirliyi gözdən əlil Elçin Abbasovun evinin qarət edilməsinə münasibət bildirib.

Median.Az
oxu.az-a istinadən bildirir ki, DİN-nin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə qeyd edib ki, Elçin Abbasovun evində oğurluq törədilməsi ilə etdiyi müraciətə polis əməkdaşları tərəfindən laqeyd yanaşılması və araşdırma aparmalarında maraqlı olmaması barədə səsləndirdiyi iddialar əsassızdır:

"Sonuncu müraciətlə əlaqədar Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə yerinə çıxıb, deyilən ünvana yollanıb və hadisə yerinə baxış keçirib.

Evə baxış zaman kirayə qaldığı mənzildən E.Abbasovun oğurluğun törədilməsində şübhələndiyi bir neçə şəxsin şəxsiyyət vəsiqələri və digər sənədlər aşkarlanıb.

Araşdırma zamanı Elçin Abbasovun sələmçiliklə məşğul olduğu məlum olub. Həmin sənədlər də pul verdiyi adamlara məxsus olduğu müəyyənləşdirilib. E.Abbasov izahatında da etiraf edib ki, sələmçiliklə məşğuldur. Hazırda məsələ barədə araşdırma aparılır".

Orxan Mansurzadə həmçinin qeyd edib ki, Elçin Abbasov tez-tez qarət olunması barədə şikayət edir:

"Son iki-üç il ərzində Nərimanov rayonu ərazisində kirayə qaldığı yaşayış yerini bir neçə dəfə dəyişib. Hər dəfə oğurluq və digər hüquq pozuntuları ilə bağlı nazirliyinin "102" Zəng Mərkəzinə müraciət edib. Sonuncu dəfə 2018-ci fevral ayında "102" Zəng Mərkəzinə müraciətində evindən mobil telefonun oğurlanması barədə məlumat verib. Amma polis tərəfindən aparılan araşdırma onun bu iddiası digər iddiaları kimi öz təsdiqini tapmayıb".скачать dle 11.3

Son xəbərlər