Mojo.az Banner
17:12 Azərbaycanda güclü zəlzələ oldu - Foto  |     13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |    
Mojo.az Avto
Mojo.az Avto

Emin Ağalarov: Əgər Alla Puqaçovanın əri olsaydım...

05.03.2019 23:45 3 154
Emin Ağalarov: Əgər Alla Puqaçovanın əri olsaydım...
Azərbaycanın xalq artisti Emin Ağalarov Rusiyanın Birinci kanalında yayımlanan Maksim Qalkinin aparıcısı olduğu "Seqodnya veçerom" verlişinin efirində Rusiyada maskalanmış matriarxatın hökmranlıq edib-etməməsi məsələsindən danışıb.

Median.Az
Sputnik Azərbaycan-a istinadən bildirir ki, müğənninin iştirak etdiyi çarx şounun Youtube-dakı rəsmi səhifəsinə yerləşdirilib. Proqramın növbəti buraxılışı rus şansonunun kraliçası Lyubov Uspenskayanın 65 illik yubileyinə həsr olunub və Emin Ağalarov burada özünün yeni "Otpusti" kompozisiyası yubilyarla birlikdə ifa edib.
Müğənni verlişdə oxuduğu mahnının yaranma tarixindən danışıb və qeyd edib ki, onu məhz Uspenskayanın ad gününə yazıb. Verlişin gedişində Qalkin Ağalarova qeyri-adi sual verib. Soruşub ki, Rusiyada maskalanmış matriarxatın hökm sürdüyünü demək olarmı və o, ikinci dəfə evlənəndən sonra arvadağız olmayıb ki?

"Belə deyək ki, Şərqdə maskalanmış matriarxatdır, prinsipcə, onsuz da qadın idarə edəcək. Əlbəttə ki, mən öz həyat yoldaşımı sevirəm, amma arvadağız olsam, sən həmin andan mənimlə əlaqəni kəsəcəksən. Mən özüm haqqında danışmağa çətinlik çəkirəm" - deyə Ağalarov bildirib.

"Bəs ailədə başçı kimdir, sən?" - deyə Qalkin davam edib. Xalq artisti də cavabında deyib" "Təsəvvür elə, mən sənə deyirəm ki, yox, mən deyiləm. Bu gülməli olmaz ki?"

Qalkin isə öz növbəsində deyib: "Rusiyanın xalq artisti Alla Puqaçova özünü elə göstərir ki, guya ailə başçısı mənəm, amma əslində elə deyil".

"Bilmirəm sənə nə cavab verim. Əgər Alla Borisovnanın əri olsaydım, yəqin ki, mən də arvadağız olardım" - Ağalarov Qalkinə deyib.скачать dle 11.3
Mojo.az Banner