Mojo.az Banner
20:53 Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?  |     20:48 Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi  |     20:40 Zaqatalada avtomobili dirəyə çırpılıb, xəsarət alan var  |     20:35 Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələndi  |     20:22 Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alındı  |     20:14 Paltarını yumadığı üçün arvadını baltaladı - Qadın şikayətçi olmadı  |     20:09 Şəhid atası vəfat etdi  |     20:02 Velosiped qəzalarında 9 nəfər ölüb  |     19:56 Şənbə günü yağış yağacaq, şimşək çaxacaq  |     19:51 İran uranın zənginləşdirilməsindən imtina etməyəcək  |     19:43 Dərsə getməyən şagirdlərin valideynlərinin nəzərinə: Cərimə oluna bilərsiniz (VİDEO)  |     19:37 Xaçmazda mağaza yandı - VİDEO  |     19:30 ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını açıqladı  |     19:24 14 mərtəbəli iki binanın damında qəribə tikili - VİDEO  |     19:15 Hakerlər kiberhücumlarda süni intellektdən istifadə edirlər  |     19:10 Rus turist Qəbələdə yaralandı - SƏBƏB (FOTO)  |     19:03 Aya insanlar göndəriləcək - Bezosdan açıqlama  |     18:54 Dünyəvi təhsil və vahid məktəbli forması: Ortaq qaydalar nə üçün əhəmiyyətlidir?  |     18:43 Könül Qasımovanın həbs müddəti uzadıldı  |     18:21 Azərbaycanda həkim vəfat etdi - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Qız üstündə DƏHŞƏTLİ OLAY: çöllüyə getdilər və... - Azərbaycanda

01.03.2019 23:42 2 129
Qız üstündə DƏHŞƏTLİ OLAY: çöllüyə getdilər və... - Azərbaycanda
Şəmkir rayonunda sevdiyi qıza görə ağır cinayət törətməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Sadiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, Şəmkir rayonunun Qaracəmirli kənd sakini Sadiq Məmmədov həmyerlisi Ramiz Rzayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) sevdiyi qız Samirənin fotolarını sosial şəbəkədə yaydığını bilib.

Qızın fotoları sosial şəbəkədə

Bu səbəbdən Sadiq Ramiz ilə bu məsələni həll etmək üçün görüşə çağırıb. Gənclər görüşlərini Qaracəmirli kəndindən kənarda yerləşən çöllük sahəyə təyin ediblər.

Ramiz Rzayev Sadiqin çağırışı ilə 6 iyul 2017-ci il tarixdə, saat 21 radələrində sonuncunun evindən 80 metr aralıqda yerləşən çöllük sahəyə gəlib.

Çöllük sahədə qız davası

Orada Sadiq Ramizdən "Whatsapp" sosial şəbəkəsi vasitəsi ilə sevdiyi qızın fotolarının paylaşmasının səbəbini soruşub. Bu zaman Ramiz də həmin qızı sevdiyini, bu səbəbdən həmin şəkili sosial şəbəkədə yerləşdirdiyini deyib.

Buna görə onların aralarında mübahisə yaranıb. Mübahisə zamanı Sadiq əvvəlcədən özü ilə götürdüyü bıçaqla Ramizin bədənini müxtəlif nahiyələrinə zərbələr vurub.

Bıçaqladı və meşədə gizləndi

Cinayəti törədən Sadiq daha sonra hadisə yerindən qaçıb. Ramiz isə orada yaxınlarına xəbər edib. Onu yaxınları vaxtında xəstəxanaya çatdırdıqları üçün həyatlarını xilas etmək mümkün olub.

Cinayəti törədən Sadiq Məmmədov isə həmin kəndin meşəlik sahəsində bir neçə gün gizlənə bilib. Bir neçə gün sonra isə o, polis əməkdaşları tərəfindən yaxalanıb.

1 il cəza

İstintaq orqanı tərəfindən Sadiq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sadiq Məmmədov 1 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib.

Prokurordan şikayət cavabsiz qaldı

Prokuror şikayətində təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Prokurorun protesti Gəncə Apelyasiya Məhkəməsində araşdırılıb və təmin olunmayıb.

Bu qərardan narazı qalan Sadiq Məmmədov kasasiya şikayəti verib. Prokuror ağırlaşdırıcı hallarla bağlı apelyasiya instansiyasının qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılmasını istəyib.

Sadiq Məmmədovun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Kasasiya protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, kasasiya protesti təmin edilməyib. (publika.az)скачать dle 11.3
Mojo.az Banner