Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Sevdiyi qızın xalası oğlunu öldürdü -Bakıda baş verən dəhşətli qətlin təfərrüatı

23.08.2021 12:31 1 167
Sevdiyi qızın xalası oğlunu öldürdü -Bakıda baş verən dəhşətli qətlin təfərrüatı
Bakıda sevdiyi qızın qohumunu qətlə yetirməkdə təqsirli bilinən İbrahim Sadıqovun cinayət işi üzrə istintaq başa çatıb.

Median.Az "ölkə.az”a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. İbrahim Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovun zarafatı olub.

Cinayəti törətməkdə şübhəli bilinən İ.Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb.

İstintaqla müəyyən olunub ki, İ.Sadıqov sevdiyi Günel Əsgərovadan "yox" cavabı alıb. G.Əsgərovanın ailəsi də bu evliliyə razı olmayıb.

G.Əsgərova yaşadığı rayondan Bakıya, xalasıgilə gəlib. İ.Sadıqov G.Əsgərovanın xalasıgilə zəng edərək onunla danışmaq istəyib.

Telefona isə qızın xalası oğlu İ.Hüseynov cavab verib. O, İ.Sadıqova xalası qızı ilə danışmağa icazə verməyib. Bu zaman İ.Sadıqov daha əvvəl tanıdığı İ.Hüseynovla zarafat edərək "Güneli anası ilə birlikdə qaçıracağam" deyib.

İ.Sadıqovun bu zarafatı İ.Hüseynovun xoşuna gəlməyib və ona xəbərdarlıq edib. Bu zaman hər iki şəxs telefonda mübahisə etməyə başlayıb.

Daha sonra onlar görüşüb, mübahisəyə son qoymaq qərarına gəliblər. Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki görüşə İ.Sadıqov tək, İ.Hüseynov isə qardaşı ilə gəlib.

İ.Sadıqov təkbətək söhbət etmək adı ilə İ.Hüseynovu qardaşının yanından ayırıb. Söhbət əsnasında hər iki şəxs yenə də mübahisə ediblər.

Bu zaman İ.Sadıqov üzərində gətirdiyi bıçaqla İ.Hüseynova çoxsaylı zərbələr endirib. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Məhməkə prosesi zamanı İbrahim Sadıqov ittiham üzrə özünü qismən təqsirli bilib.

Sonda məhkəmənin hökmü ilə İbrahim Sadıqov 18 il müddətinə azadlıqdan məhrum olunub.скачать dle 11.3
Mojo.az Banner