Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Prezident: Bakıda xaotik tikinti prosesi sona çatır

01.03.2019 16:17 2 368
Prezident: Bakıda xaotik tikinti prosesi sona çatır
Şəhərsalma sahəsində islahatlara çox ciddi ehtiyac var və müvafiq göstərişlər verilib. Bakı şəhərində xaotik tikinti prosesi artıq sona çatır.

Bunu prezident İlham Əliyev martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə deyib.

Dövlət başçısının sözlərinə görə, Şəhərsalma və Arxitektura Komitəsi qarşısında çox ciddi vəzifələr qoyulub ki, buna son qoyulsun.

“Əlbəttə, biz imkan verə bilmərik ki, inşaat sektorunda durğunluq yaransın. İnşaat iqtisadiyyatın təkanverici sektorlarından biridir, on minlərlə iş yeri yaradan sahədir. Ancaq Bakının bundan sonrakı şəhərsalma qaydaları baş plan əsasında olmalıdır və gözəl şəhərimizin gözəl siması daha da gözəlləşdirilməlidir. Şəhər nəqliyyatı, şəhər təsərrüfatı ilə bağlı islahatlar aparılır. Hesab edirəm ki, biz bu islahatların aparılmasında uğurlar əldə edəcəyik”, - deyə Azərbaycan prezidenti qeyd edib.

Son xəbərlər