Mojo.az Banner
23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

"Azərbaycanda dələduzluqla məşğul olan üzdəniraq teleradio işçiləri də var"

28.02.2019 20:40 2 543
“Bu gün telekanallarda peşəkar kadrların qıtlığı açıq-aşkar hiss olunur”.

Median.Az
report-a istinadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini Qafar Cəbiyev deyib.

O bildirib ki, təkcə aparıcılar deyil, ümumilikdə, digər sahələrdə də peşəkar televiziya kadrlarının çatışmaması hazırkı dövrdə televiziyaların, həmşinin radioların da bir nömrəli probleminə çevrilib.

Q.Cəbiyev vurğulayıb ki, teleradio işçiləri içərisində təsadüfi insanların da olması təəssüf doğurur:

“Bəli, nə qədər təəccüblü olsa da, efir imkanlarından sui-istifadə edən, kamera və mikrofonları işə salaraq “ağa nəzərəm, belə gəzərəm” düşüncəsi ilə davranan, vəzifə borcunu unudaraq açıq-aşkar dələduzluqla məşğul olan üzdəniraq teleradio işçiləri də var. Halal və qanuni fəaliyyət yolu ilə Vətənə və xalqa xidmət etməyi bacarmayan, bu üzdən də ölkədən qaçıb ayrı-ayrı antiazərbaycan yuvalarında gizlənərək dağıdıcı və düşmən dairələrin əlində oyuncağa çevrilmiş bir para üzdəniraq qələm və mikrofon sahibləri də artıq çoxdandır ki, qırmızı xətti keçiblər.

Əlbəttə, belələrinin kimliyi, çağırışlarının məqsədi, fəaliyyətlərinin bütünlüklə etik və hüquq normalarına zidd olduğu və nəhayət, onları istiqamətləndirərək maliyyələşdirənlər Azərbaycan mediası, o cümlədən ölkənin teleradio camiəsində birləşən sədaqətli və peşəkar insanlar tərəfindən tam təfsilatı ilə araşdırılaraq cəmiyyətə təqdim olunmalıdır. Mən o fikirdə deyiləm ki, bu gün Azərbaycanın teleradio məkanında hər şey qaydasındadır. Əksinə, iş olan yerdə, yaradıcılıq axtarışları olan yerdə səhvlərə və nöqsanlara da təsadüf edirlər. Bir şərtlə ki, həmin səhvlər və nöqsanlar vaxtında aradan qaldırılsın və onların xroniki hal almasına yol verilməsin”.скачать dle 11.3
Mojo.az Banner