Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:55 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |     11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |     11:28 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü (Yenilənib)  |    
Mojo.az Avto
Mojo.az Avto

Zurabişvili: Azərbaycanla münasibətlərimiz mükəmməl səviyyədədir

28.02.2019 12:00 3 820
Zurabişvili: Azərbaycanla münasibətlərimiz mükəmməl səviyyədədir
Bizim münasibətlər tarixən mükəmməl səviyyədə olub. Çünki biz bu regionun oxşar tarixi olan iki ölkəsiyik. Eyni çətinliklərlə üzləşmişik, eyni münaqişələri, hətta bəzən eyni faciələri yaşamışıq, bununla belə aramızda heç vaxt problem olmayıb.

Bunu Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan prezidenti Salome Zurabişvili AZƏRTAC-a verdiyi müsahibədə bildirib.

“Bizim yaxın tarix çox maraqlı olub və bu dönəm ərzində biz region üçün vacib olan bir sıra layihələr gerçəkləşdirmişik. Ancaq bu layihələr təkcə bizim regionla məhdudlaşmır”, - deyə xanım prezident qeyd edib.

Gürcüstan liderinin sözlərinə görə, bir vaxtlar iki ölkənin Bakı-Tbilisi-Ceyhan neft kəməri və digər layihələri gerçəkləşdirə biləcəyinə heç kim inanmırdı.

“Bu, böyük uğur hekayəsidir. Bu layihəni başa çatdırmağımız bizim əməkdaşlığın sona çatdığı anlamına gəlməməlidir. Bizim münasibətlər həm də ona görə mükəmməl səviyyədədir ki, biz bu gün yeni perspektivləri müzakirə edirik. Bu perspektivlər iki ölkə sərhədlərini də ötüb keçir”, - deyə Zurabişvili bildirib.

Son xəbərlər