Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Süpürgəçi qadınları bayram, istirahət, hətta matəm günləri də işlədir, əlavə pul yazmırlar

27.02.2019 22:53 1 892
Süpürgəçi qadınları bayram, istirahət, hətta matəm günləri də işlədir, əlavə pul yazmırlar
"Xətai rayonunda Mənzil Kommunat Təsərrüfatı Birliyi (MKTB) işçiləri, xüsusən də Əhmədli ərazində çalışan xadimələr, küçə süpürən əməkdaşlar bayram, istirahət günləri, hətta matəm günləri də işləyirlər. Xətai rayonu ərazisində hər gün səhər gəzintisi zamanı Xətai rayon MKTB işçilərinin yol və küçələri təmizlədiklərinin şahidi oluram”.

Bunu Modern.az-a paytaxt sakini Rahim Axundov söyləyib.

O, misal da çəkərək, Zığ yolu, Cavanşir küçəsi, Rahib Məmmədov küçəsi və s. yerlərdə hər gün səhər tezdən xadimələri iş başında gördüyünü vurğulayıb:

"Ürəyim yanıb, bazar və matəm günü - yəni 20 yanvar tarixində küçə süpürən azərbaycanlı xanıma yaxınlaşdım. Bu gün bazar və matəm günü olduğunu ona desəm də, qeyd etdi ki, onları hər gün işlədirlər. Əmək Məcəlləsinin 43-cü maddəsinin ə) bəndinə görə, "işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması müddəaları əmək müqaviləsində öz əksini tapmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi hara baxır? Prezident cənab İlham Əliyevin fərmanı var və orada yazılıb ki, Əmək Müfəttişliyi vətəndaşların istirahət hüququnu təmin etməlidir. Bəs niyə eləmir? Nə işlə məşğuldurlar? Sadəcə hər gün işə gəlib kabinetdə oturmaq hələ dövlətə xidmət etmək demək deyil”.

Vətəndaş aidiyyatı quruma sual ünvanlayıb:

"Dövlət Əmək Müfəttişliyinin işçiləri də, görəsən, bazar və matəm günləri işləyirlərmi? Küçəni süpürən xadimə bacımız deyir ki, istirahət günü olmadan çalışır və əlavə haqq onlara ödənilmir. Onlara bazar günü işlədiklərinə görə əmək haqlarına əlavələr hesablanmalıdır. Hesablama Palatası Xətai rayon MKTB-nin maliyə və mühasibatlıq fəaliyyətini yoxlayıb müəyyən etməlidir ki, istirahət günləri olmadan işləyən xadimələrin əmək haqlarına əlavələr hesablanıbmı? Xətai rayon MKTB və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz tabeliyində olan struktur bölmələrdə qayda-qanun yaratmalıdır. 15-ci əsr qaydasında işləmək olmaz. Bu barədə əslində mən yazmamalıyam. Bu sadəcə mənim vətəndaşlıq borcumdur”.

Son xəbərlər