Mojo.az Banner
22:37 Narkotikə görə saxlanılan məşhurlardan xəbər var  |     22:32 Nobel mükafatının məbləği artırıldı  |     22:24 “Neftçi” 1000-ci oyununda qələbə qazandı  |     22:16 Cəlilabadda yük avtomobilinin altında qalan sürücü xilas edildi  |     22:15 Azərbaycanı təmsil edən oğlunun 16-cı olmasına Plyuşenkodan reaksiya  |     22:10 Azərbaycanın Əməkdar artisti vəfat etdi  |     22:05 Bakıda bir milyonluq evlə bağlı şok iddia: Sahibindən xəbərsiz 400 minə satılıb  |     21:57 Cəlilabadda suyun verilişi bərpa olunub  |     21:55 Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirib - Video  |     21:44 Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır  |     21:39 Modemi ayda bir dəfə söndürün - Səbəbi AÇIQLANDI  |     21:33 Nikahlar sürətlə azalır - Ailə quruculuğunda böhran var?  |     21:25 Bu rəngdə avtomobillər daha çox qəzaya düşür  |     21:20 Bu 4 bürcə ŞAD XƏBƏR - Sentyabrın ikinci yarısından...  |     21:11 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:06 Ustanı müqaviləsiz işlədən "Build Master"ın direktoru cərimələndi  |     20:53 Taksi biznesi vədi ilə 375 min manatlıq dələduzluq  |     20:48 "Dərsliklərin dili ağır və akademikdir" - Təhsil eksperti  |     20:41 Fiziki süni intellektə "eşitmə" qabiliyyəti qazandırmaq üçün 18 milyon dollar toplandı  |     20:36 İnternetdə asan qazanc təkliflərinin arxasında nə gizlənir? (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda Qran Pri orucluğa görə təxirə salınıb - ARAŞDIRMA

25.02.2019 20:13 2 026
Azərbaycanda Qran Pri orucluğa görə təxirə salınıb - ARAŞDIRMA
Gənclər və İdman Nazirliyi bu il üçün Azərbaycanda təşkil olunacaq yarışların təqvimini açıqlayıb.

Median.Az xəbər verir ki, 2014-cü ildən etibarən hər il Qəbələnin Həmzəli kəndində yerləşən Stend və Ox Atıcılığı Kompleksində keçirilən Heydər Əliyev adına Beynəlxalq Qran Pri bu il baş tutmaya bilər.

Belə ki, turnir təqvim planına daxil edilməyib. Bəs görəsən, ardıcıl beş il təşkil edilmiş beynəlxalq turnirin yarış təqviminə salınmaması nə ilə bağlıdır?

İlk olaraq Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərovla danışmaq qərarına gəldik. O, yarışın təşkilatçısı olan “Qəbələ” Atıcılıq Klubunun yarış üçün onlara müraciət etmədiyini bildirdi:

“Qəbələ” Atıcılıq Klubu bu turniri yenidən keçirmək istəyir. Amma onlar hələ ki federasiyaya məktub göndərməyiblər. Gərək göndərsinlər ki, biz də Beynəlxalq Atıcılıq İdmanı Federasiyasına (ISSF) müraciət edib, onu təqvim planına saldıraq.

Klub yarışın keçirilməsi üçün zəmanət verməlidir. O zəmanət məktubu olmadan bu yarışı keçirmək mümkün deyil. Amma “bu gün”, “sabah” deyə-deyə məsələni yubadırlar. Bu məktubun göndərilməməsi maliyyə ilə də bağlı ola bilər.

Çünki idmançıların mükafatlandırılması Qəbələ Atıcılıq Klubu tərəfindən edilir. İndi onların çətinlikləri var. Baxmayaraq ki, dekabra kimi bu yarışı təqvim planına saldırmaq lazım idi. Amma bizə müraciət edilsə, yenə də bu məsələni yoluna qoymaq olar. Çünki bizim ISSF ilə əlaqələrimiz yaxşıdır”.

“Qəbələ” Atıcılıq Klubu ilə də əlaqə saxladıq. Həmin klubun mətbuat xidmətinin rəhbəri İlham Əhmədov bildirdi ki, yarış son illərdə olduğu kimi, mayda yox, başqa tarixdə keçiriləcək:

“Ola bilsin ki, bu yarış bu il mayda yox, yay aylarında olsun. Amma yarış olacaq. Sadəcə olaraq, bu dəfə 7-18 may tarixlərində Koreyanın Çanqvan şəhərində Dünya Kuboku keçiriləcək. Həmin yarışa görə budəfəki Qran Pri başqa tarixə keçiriləcək. Biz istəyirik ki, iştirakçılar çox olsun. Amma bütün bu məsələləri daha dəqiq federasiyanın baş katibi Emin Cəfərov yaxşı bilir. Onunla əlaqə saxlasanız daha yaxşı olar”.

Federasiyanın baş katibi (yeri gəlmişkən, federasiyanın vitse-prezidenti Hafiz Cəfərovun oğludur – S.M.), “Qəbələ” Atıcılıq Klubunun sabiq texniki meneceri, o cümlədən stend atıcımız olan Emin Cəfərovla da əlaqə saxladıq. Məzuniyyətdə olduğunu bildirən Cəfərov bu yarışın mayda baş tutmamasını orucluqla əlaqələndirdi:

“Məzuniyyətdə olduğuma görə bu barədə dəqiq məlumatım yoxdur. Məndə olan son məlumata görə, bu turnir iyul ayında keçiriləcək. May ayında keçirilməməsi həm Koreyadakı Dünya Kubokuna, həm də orucluq vaxtına düşməsinə görədir. Həmin vaxt ərəb ölkələrindən çox idmançı bu yarışa qatılır. Ramazan ayı vaxtı keçirilsə, ərəb, müsəlman ölkələrinin idmançıları bura gəlməyəcək”...

Görünür ki, əsl səbəb də elə budur. Təşkilatçılar turnirə marağın az olacağından çəkinərək, yarışın hansı tarixə salınması barədə baş sındırır. Amma bizim federasiyanın ISSF ilə əlaqələri nə qədər yaxşı olsa da, bu məsələnin üzərinə tez düşmək lazımdır. Əks halda, bu il Azərbaycan Qran Prisiz qala bilər.

Qeyd edək ki, əvvəllər atıcılıq üzrə Azərbaycanda Dünya Kubokunun mərhələ və final yarışı, o cümlədən Avropa çempionatı keçirilib. Həmçinin gələn il may və ya iyun ayında Qəbələdə güllə atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışının keçirilməsi nəzərdə tutulub.//oxu.az
скачать dle 11.3
Mojo.az Banner