Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Nikahlar sürətlə azalır - Ailə quruculuğunda böhran var?

18.09.2026 21:33 375
Nikahlar sürətlə azalır - Ailə quruculuğunda böhran var?
Azərbaycanda nikahların sayı sürətlə azalır. 2026-cı ilin yanvar-iyul aylarında 22 130 nikah qeydə alınıb ki, bu da 2025-ci ilin eyni dövründəki 27 509 nikahdan 5 379 azdır. Yəni 19 faizlik azalma var.

Sosioloq Nail Cəlil Sfera.az-a açıqlamasında bildirib ki, nikahların sayının azalması son illərdə ailə münasibətlərində böhran tendensiyasının formalaşdığını göstərir.

Onun sözlərinə görə, 2026-cı ilin yanvar-iyul aylarında nikahların sayının əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 379 azalması bir sıra sosial və demoqrafik amillərlə bağlıdır:

“Son illərin davamlı göstəricilərini nəzərə aldıqda böhran tendensiyası özünü aşkar şəkildə göstərir. Ailə qurma şərtlərinin çətinləşməsi, qohum nikahlarına qoyulan məhdudiyyətlər və müxtəlif sosial amillər nikahların sayına təsir göstərir. Eyni zamanda, insanların xarici ölkə vətəndaşları ilə ailə qurması və Azərbaycan vətəndaşları arasında qurulan nikahların azalması da bu prosesdə rol oynayır”.

N.Cəlil deyib ki, nikahların azalması demoqrafik vəziyyətə də birbaşa təsir göstərir. Onun fikrincə, ailələrin uşaq planlaşdırılması məsələsində daha ehtiyatlı davranması, bir və ya iki uşaqla kifayətlənməsi, övlad sahibi olmağı təxirə salması və ya bundan imtina etməsi doğum göstəricilərinə təsir edən amillərdəndir:

“İnsanların iqtisadi vəziyyət, şəxsi və karyera hədəfləri, eləcə də digər səbəblərlə uşaq sahibi olmağa tələsməməsi də demoqrafik proseslərdə özünü göstərir. Bu baxımdan sosial-demoqrafik siyasət yeni yanaşmalara ehtiyac duyur. Ailə və uşaq planlaşdırılmasını motivasiya edən stimullaşdırıcı addımlar atılmalıdır. Gənc ailələrə iş, əmək, fəaliyyət və sosial dəstəyin göstərilməsi, eləcə də hər bir uşağa görə müəyyən dəstək mexanizmlərinin tətbiqi vacibdir”.

O söyləyib ki, himayədar ailə modeli də bu istiqamətdə istifadə oluna biləcək mexanizmlərdən biridir. Bununla yanaşı, doğulan uşaqların sayının azalması gələcəkdə övladlığa götürülə biləcək uşaqların sayına da təsir göstərə bilər:

“Sosial təminat məsələlərinə xüsusi diqqət yetirilməli, sosial müavinətlərin verilməsi və uşaqların sosial müdafiəsi istiqamətində daha dəqiq, əhali yönümlü mexanizmlər hazırlanmalıdır. Uşaqların müdafiəsi və təhlükəsizliyi sosial təhlükəsizliyin, demoqrafik təhlükəsizlik isə dövlətin və cəmiyyətin gələcək rifahının mühüm tərkib hissəsidir”.

Son xəbərlər