Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Deputatdan əhaliyə şad xəbər: kreditlərlə bağlı qərar verilir

25.02.2019 13:29 3 164
Deputatdan əhaliyə şad xəbər: kreditlərlə bağlı qərar verilir
"İpoteka kreditləri əlçatan olmalı və çox aşağı faizlə təklif olunmalıdır. O zaman ipoteka kreditləri həm iqtisadiyyata, həm də ailələrə qazanclı çıxmaq imkanı yaradır".

Median.Az
xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O, sosial ipoteka ilə bağlı ayrıca qanun layihəsinin qəbul olunmasına ehtiyac olduğunu bildirib:

"İndiki halda sadəcə sosial ipotekanın, yəni 4 faizlik ipotekanın bir məntiqi var. Buna da çıxış imkanları məhduddur, çünki çox az vəsait ayrılıb. Əslində isə sosial ipoteka öndə olmalı, buna çıxış imkanları artırılmalıdır. Çünki kommersiya şərtlərilə təklif olunan ipotekalar çox yüksək faizlə verilir və bir çox insanlar, gənc ailələr bu borcları qaytara bilmirlər. Bir müddət sonra isə mübahisələr yaranır. Bildiyim qədərilə hazırda məhkəmələrdə ipoteka kreditlərilə bağlı 25-30 minə yaxın mübahisəli məsələ var. Bu problemin həlli üçün ayrıca qanun layihəsi, yaxud prezidentin fərmanı lazımdır ki, sosial ipotekanın həcmi artırılsın və əlçatanlığı təmin edilsin.

Bunun üçün də vətəndaşlarla dövlət arasındakı operator banklara müəyyən güzəştlər tətbiq etmək lazımdır ki, ayrılan vəsaitin üzərinə əlavə faiz qoymasınlar. Yəni, operator bankların özləri də cüzi gəlirlə işləməyə razılıq versinlər. 4, uzağı 5 faizlik sosial ipoteka ilə əlçatanlığı təmin etmək və kifayət qədər gənc ailənin problemini həll etmək olar. Bu, həmçinin ailədaxili problemlərinin də həllinə öz müsbət təsirini göstərər. Çünki ölkədə boşanma saylarının artması onu göstərir ki, ayrıca mənzilin olmamağı ailədaxili problemlərin də, sosial-psixoloji gərginliyin də artmasına gətirib çıxarır".

Milli Məclisin deputatı Hadı Rəcəbli isə açıqlamasında ipoteka məsələsinin hələlik Milli Məclisin gündəmində olmadığını, lakin yaxın vaxtlarda yeniliklərin olacağını bildirib:

"Yaxın 1 həftə, 10 gün ərzində yeni, maraqlı islahatlar olacaq. Bu, əvvəldən nəzərdə tutulan məsələlərdir. İpoteka hələlik gündəmdə yoxdur, amma əhalinin banklardan aldığı kreditlər məsələsi müzakirə edilir".

скачать dle 11.3
Mojo.az Banner