“Fərmanla Bakıdakı çoxmənzilli binaların 70-80%-də qeydiyyat problemi həll olunacaq” - Əmlak eksperti » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:34 Paşinyan gələn ay Rusiyaya səfər edəcəyini bildirib  |     13:26 Quba-Xınalıq yolundakı dəhşətli qəza ilə bağlı YENİ DETALLAR  |     13:25 Naxçıvan hava limanında 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb  |     13:24 Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam edir  |     13:23 "Qarabağ"ın sayəsində Azərbaycan UEFA əmsallar cədvəlindəki yerini möhkəmlədib  |     12:55 Daha bir Tiktoker polis tərəfindən saxlanıldı  |     12:38 Məhkəmə həbsdə olan "Ekstrasens Hikmət"lə bağlı qərar verdi  |     12:30 Sumqayıtın qaz təchizatında məhdudiyyət olacaq  |     12:29 "Bakı Gəmiqayırma Zavodu"nun rəhbəri dəyişib  |     12:28 Azərbaycan nefti bahalaşıb  |     12:26 I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunacaq (FOTO)  |     12:25 Monqolustanda zəlzələ baş verib  |     12:21 Leyla və Arzu Əliyevalar Şamaxıda olublar - Foto  |     12:20 Mirzoyan: "Sülh sazişinin imzalanması üçün mühüm işlər görülməlidir"  |     12:02 Qəbələdə bir sinfin bütün şagirdləri tələbə oldular - Video  |     12:00 Rusiyada terror aktının qarşısı alındı: Təyyarəni yandırmaq istəyən gənc saxlanıldı  |     11:59 Ali məktəblərin boş qalan yerlərinə bu gündən ixtisas seçimi başlayır  |     11:41 Bakıda qadın hoteldə öldürüldü: Oğlu şübhəli bilinir  |     11:39 UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bu gün bəlli olacaq  |     11:38 Qəbələdə velosipeddən yıxılan yeniyetmə ölüb  |    

“Fərmanla Bakıdakı çoxmənzilli binaların 70-80%-də qeydiyyat problemi həll olunacaq” - Əmlak eksperti

"Bakıda bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi ilə əlaqəli ölkə başçısının imzaladığı fərmanla paytaxtda qeydiyyata alınmamış və istismara qəbul edilməyən mənzillərin 70-80%-də qeydiyyat problemi həll olunacaq".

Median.Az
bildirir ki, bunu Report-a açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, imzalanan fərmanın bir çox üstünlükləri olacaq: "Uzun illərdən bəri çoxmənzilli binalarda yığılıb qalan qeydiyyatla bağlı problemlər öz həllini tapacaq. Mövcud problemin həllini tapması aparılan əməliyyatlar üzrə həm dövlət büdcəsinə daxilolmaları artıracaq, həm də mənzil idarəçiliyi baxımından yığılıb qalan problemlərin həllinə gətirib çıxaracaq. Dövlət büdcəsinə daxilolmalar dedikdə o nəzərdə tutulur ki, bu vaxta qədər Mənzil Tikinti kooperativləri (MTK) alqı-satqı zamanı müqavilələrin dəyişdirilməsinə görə vətəndaşlardan qeyri-qanuni yolla bir mənzilə görə 3000-4000 min manat pul alırdılarsa, bundan sonra həmin məbləğə yaxın pul vəsaiti rəsmi qaydada vergi şəklində dövlət büdcəsinə yönələcək".

Əmlak məsələləri üzrə ekspert qeyd edib ki, həmçinin qeydiyyata alınmış mənzillər üzrə bələdiyyələrin vergi yığımında problemlər aradan qalxacaq: "Bundan başqa, aparılacaq girov və digər əməliyyatlara, yəni bağışlamaq, vərəsəlik üzrə əməliyyat xərclərindən daşınmaz əmlak üzrə reyestr xidmətinə, notariat kontorlarına vəsaitlər daxil olacaq. Eyni zamanda vətəndaşlar MTK-larla aralarındakı problemi məhkəmə qaydasında hüquqi yolla həll etmək imkanı əldə edəcəklər. Bir sözlə, fərman bir sıra istiqamətlər üzrə qeydiyyat problemlərinin həllinə, mənzil fondun təkmilləşməsinə, idarə olunmasına şərait yaradacaq".

Mənzil bazarında qiymətlərin artıb-artmayacağı məsələsinə gəlincə, R.Osmanlı əlavə edib ki, fərmanla nəzərdə tutulan işlər texnikidir: "Yəni bu gün analoji ərazilər üzrə çıxarışı olan və olmayan mənzillər arasında 5-10 % qiymət fərqi olur. Çıxarış alındıqdan və qeydiyyat problemi həll olunandan sonra istisna etmirəm ki, analoji qiymət artımı baş versin. Lakin bu təhlükəli məsələ deyil. Hesab edirəm ki, qeydiyyat problemi həll olunandan sonra qısa müddət ərzində proses baş verəcək və sonra bazar stabilləşəcək. Bu gün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən o binalardakı qüsurlar aşkar olunacaq, bunun üçün tikinti şirkətlərinin rəhbərlərinə imkan verilir ki, 5 ay müddətində problemləri aradan qaldırıb FHN-ə rəylə bağlı müraciət etsinlər".

Xatırladaq ki, Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb. Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzalanıb. Fərmanda 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydaları müəyyənləşdirilir. Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikasında əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir. Ölkənin sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən inşaat sektorunda əhəmiyyətli inkişaf müşahidə olunur, şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsi çoxmənzilli yaşayış binalarının tikintisinə yönəldilir. Bununla belə, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılıb ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün edib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 972 19.02.19 21:35