Mojo.az Banner
22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |     22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |     22:21 İrandan paraplanla 65 kiloqram narkotik keçirilməsinin qarşısı alındı  |     22:13 Paytaxtın bu hissəsində təmir işləri tamamlandı  |     22:05 Natiq Cəfərli: "220 manat alanların ödənişi artırılmalıdır"  |     21:59 Sabah saat 10:00-dan qaz olmayacaq - bu ərazilərdə  |     21:51 Putinin xüsusi təyyarəsinin sirri: İçərisində nələr var?  |     21:45 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da həbs edildi  |     21:36 "Sabah" "Şəfa"ya qalib gəldi  |     21:27 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza  |     21:19 "Sülh Körpüsü" Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib  |     21:01 DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?  |     20:41 DTX-dən əməliyyat: Azyaşlıları dini ayinlərə cəlb edən şəxs saxlanıldı  |     20:33 Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır  |     20:23 “Sovetski”də söküntü ərazisindən meyit tapıldı  |     20:16 "Neftçi" Elvin Camalov ilə yollarını ayırdı - RƏSMİ  |     20:05 Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR  |    
Mojo.az Avto
Mojo.az Avto

Zabit Səmədov çeçenlərlə görüşdən danışdı

19.02.2019 20:50 2 445
Zabit Səmədov çeçenlərlə görüşdən danışdı
Çeçenlərlə azərbaycanlılar arasında münasibətlər həmişə yaxşı olub və yaxşı da olacaq. Hər şey qaydasındadır. Moskva şəhərindəki "Prezident hotel"də Azərbaycan və çeçen nümayəndə heyətlərinin görüşü bir daha sübut etdi ki, biz dostuq. Bir-birimizə qardaş millətik. Kimlərsə iki qardaş xalqın arasını vurmağa çalışmasın.

Median.Az
xəbər verir ki, bunu Modern.az-a açıqlamasında K-1 qaydasız döyüş növü üzrə dünya çempionu Zabit Səmədov deyib.

Tanınmış idmançı bildirib ki, iki ölkə vətəndaşlarının bir araya gəlməsi dövlət başçılarının təklifi ilə gerçəkləşib.

“İkitərəfli görüşün baş tutması dövlət rəhbərlərinin təşəbbüsü ilə həyata keçirilib. Bizim də şərəf borcumuzdur ki, bu görüşə qatılaq və iştirak edək. Hər iki dövlətin rəhbərlərinin tapşırığı ilə masa arxasında əyləşib mehriban görüş keçirtdik”.

Zabit Səmədov iki xalqın arasını vuran erməni millətindən olan şəxs barədə qısaca olaraq bunu deyib:

“Bu barədə fikirlər var. Yaxın zamanlarda Rusiyanın rəsmi orqanları iki ölkə arasında qarışıqlıq salmaq istəyənlərin kimliyini açıqlayacaq”.

Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. İnsident zamanı ölən və xəsarət alanlar olub. Daha sonra kənar qüvvələr iki xalqın nümayəndələri arasında münaqişəni qızışdırmağa cəhd göstəriblər.скачать dle 11.3
Mojo.az Banner