Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazir şəhid ailələrinə ödənişlərin niyə gecikdiyini açıqladı

19.02.2019 12:44 2 381
Nazir şəhid ailələrinə ödənişlərin niyə gecikdiyini açıqladı
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid vərəsələrinə 11 min manatlıq birdəfəlik ödəmələrin verilməsinin gecikdirilməsi ilə bağlı səsləndirilən narazılıqlara aydınlıq gətirib.

Nazir Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşündə bildirib ki, gecikmə sənədlərin toplanması ilə bağlı olub:

“11 min manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı ötən ilin oktyabrın sonunda ilkin məlumat toplandı və bu məsələ ilə bağlı iş başlanıldı. Bu iş üzərində ötən ilin noyabrından etibarən Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti və Dövlət Sığorta şirkəti tərəfindən iş aparıldı. Ümumi siyahının təsdiq olunması üçün məlumatlar bir aya hazırlanıb”.

Sahil Babayev bildirib ki, yekun qərarda 2700-dən artıq insanın sənədləri toplanıb:

“Proqramın hazırlanması üçün proses üç ay çəkdi. Çünki 3000-ə yaxın insanın sənədlərinin toplanması asan məsələ deyil. Biz hər bir sənədə bir-bir baxırdıq.

Daxili İşlər Nazirliyi arxivdən 461 polis şəhidinin məlumatlarını bizə təqdim etdi. Bunu açıqlayıram, çünki adətən pərdə arxasında olan iş tam olaraq məlum olmur”.

“Ölkə prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yanvar ayında keçirilən iclasında da çıxışı zamanı sənədlərin toplandığını və sənədlər yekunlaşdıqdan sonra qərar veriləcəyini bildirmişdi. Məsələ ondadır ki, həmin insanların böyük əksəriyyəti sığorta ödənişi almışdı.

İlham Əliyevin tapşırığın əsasən, həmin dövrün tələbinə görə, 1992-1997-ci illərdə onlara ayrılan sığorta məbləği araşdırılır. Həmin vaxt alınan məbləğ minimum əməkhaqqının 1000 qatı idi”, - deyə nazir qeyd edib.
//oxu.az

Son xəbərlər