Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Nazir: Bu ayın sonunadək min şəhid vərəsəsinə ödəniş ediləcək

17.11.2018 17:47 5 511
Nazir: Bu ayın sonunadək min şəhid vərəsəsinə ödəniş ediləcək
Şəhid ailələrinə birdəfəlik ödənişlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 800-dən çox müraciət daxil olub.

Bu barədə bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu layihə 9500-dən artıq hərbi qulluqçunu əhatə edir:

“Birdəfəlik ödənişlərin edilməsi üçün büdcədə bu il 58 milyon manat, gələn il 50 milyon manat vəsait nəzərdə tutulub. Artıq 224 şəhidin 300 vərəsəsinə köçürmə haqqında müsbət qərar verilib və 100-dən çox vərəsə üzrə ödəniş olunub. Növbəti həftədə 300 vərəsəyə ödənişlə bağlı qərar qəbul ediləcək”.

Nazir bu ayın sonuna qədər ümumilikdə 1000 şəhid vərəsəsinə ödəniş ediləcəyini bəyan edib.

“400-dən artıq məhkəmə qərarı olan işlərlə bağlı da ödənişlər həyata keçiriləcək”.

Nazir son vaxtlar şəhid ailələrinin vərəsələrinin şikayətləri ilə bağlı məsələyə də toxunub:

“117 şikayət ərizəsi üzrə araşdırma aparmışıq. Bu hardasa 70-75 şəhid ailəsini təşkil edir. Bu insanlara ödəniş edildiyi barədə Dövlət Sığorta Şirkətinin məlumatı var. Eyni zamanda, onlara notariuslar tərəfindən vərəsəlik veriblər və reyestrə salınıblar. İndi həmin şəxslər deyirlər ki, biz pul almamışıq. Belədirsə, həmin şəxslərin sənədlərdəki imzaları ilə bağlı məsələyə hüquqi çərçivədə baxılmalıdır”.

Son xəbərlər