Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

"Heç kim toyuna 2-3 həftə qalmış səbəbsiz belə addım atmaz" - Elnar Xəlilovun nişanlısından AÇIQLAMA

18.02.2019 13:26 10 526
Altı ay əvvəl nişanlanan müğənni Elnar Xəlilov və şairə Aysel Nəcəfli ayrılıb.

Bu haqda məlumatı ifaçı şəxsi İnstagram hesabında video paylaşaraq artıq subay olduğunu yazıb.

Elnar Xəlilov bir-birlərini anlamadıqları üçün ayrıldıqlarını yazıb. 

Qarşı tərəfin bu paylaşıma cavabı gecikməyib. Şairə Aysel Nəcəfli də bu paylaşımı ilə ayrılıq xəbərini təsdiqləyib: 

“Elnar Xəlilovla yollarımızı ayırdıq. Bu ana kimi barışaq deyən insan, sevdiyini bildirən insan sırf inad üçün video paylaşıb, məni qorxudacağını düşünüb, "sevirəm" dediyi xanım haqda pis danışılmasına şərait yaradırsa, elə doğru qərar verib. Böyüklərim, yaxşı ki, bitdi. Paylaşımdan sonra zəng etmək ki, gördün nə etdin? Saytlar da götürüb paylaşdı. Bunun heç yeri yoxdur! Heç vaxt belə paylaşım etmədim, etməyəcəkdim də. Sən camaata şərait yaratdın ki, sevdiyin xanım pislənsin. İndi isə susuram. Üstümə “sevirəm”lərlə gəlmə, ömürlük bu kitabı bağladım”.



Şairə bu paylaşımında qısa müddət keçdikdən sonra daha bir status yazıb:

"Elnar Xəlilov məni atmayıb, nə də ayrılmaq istəməyib. Ayrılan mən oldum və mən bu ayrılığa məcbur qaldım. Demək ki, sevə-sevə belə ayrılıq ola bilirmiş... Səbəb isə sizin eşitdiyiniz, düşündüyünüz nüans deyil, tam başqadır. Heç kim toyuna 2-3 həftə qalmış səbəbsiz belə addım atmaz. Yekun qərar mənlik deyil, böyüklərimin oldu".


Nəcəfli şəxsi həyatı ilə bağlı danışmaq üçün efirlərdən aldığı dəvətlərə belə münasibət bildirib: "Mən tanınmış şairə ola bilərəm, amma şou-biznesdə deyiləm. Nə də gündəmdə olmaq üçün nələrsə etməmişəm. Özüm əziyyət çəkib, öz zəhmətimlə qazanıb, öz işlərimi tanıtmışam. Şükür həmd olsun Allah bu yolu üzümə açıb və halal ruzunu da yetirir. Amma efirlərə çıxmıram. Mənə efirlərdən zəng gəlməsin. Mən həyatımı reklam etmirəm. Sadəcə məcbur olub paylaşıma qarşılıq verdim. 

Mən o tərbiyəni almamışam ki, kiminsə bostanına daş atam, tərbiyəsizcəsinə söyüşlərlə danışam. Bunun ən gözəl şahidi Elnar Xəlilov olub ki, bir dəfə belə mənim ağzımdan ən əsəbi anımda belə nalayiq sözlər eşitməyib, hörmətsizlik görməyib. Əgər elə olsaydım, məncə heç məni seçməzdi və pis insan olsaydım günü bu gün belə Elnar bəy yenidən bir arada olmağımızı istəməzdi. Və özünün də qeyd etdiyi kimi, danılmaz faktdır ki, yetəri qədər xoş günlərimiz oldu. Bəli sevdik... Amma o sevgiyə görə bunlara ehtiyac yox idi".

//Baku.ws
скачать dle 11.3
Mojo.az Banner