Mojo.az Banner
21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |     20:43 Rusiyanın vurduğu evdən uşaq cəsədi çıxarıldı  |     20:35 ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi  |     20:31 İran səfiri Gürcüstan XİN-ə çağırılıb  |     20:24 "Turan Tovuz" - "İmişli" oyununun yeri dəyişdirildi - Səbəb  |     20:13 Erkən evliliklə bağlı yeni qərar  |     20:04 Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı  |     19:58 Azərbaycanda qadın hərbçilərlə bağlı YENİ QƏRAR: Müddət kəskin azaldıldı  |     19:50 Toyuq filesi marketlərdə niyə YOXA ÇIXIB?  |     19:29 Kamran Əliyev Rusiyada bir sıra görüşlər keçirdi - MÜHÜM RAZILAŞMA  |     19:12 Sabah bir sıra rayonlarda QAZ OLMAYACAQ  |     19:11 Zal Yusifovun oğlu yenidən MƏHKƏMƏ QARŞISINDA: Kimin ifadələri dinlənildi?  |     18:51 Azərbaycanın yeni hərbi robotları nümayiş etdirildi  |     18:38 Azərbaycanda hava KƏSKİN DƏYİŞƏCƏK: Yağış, dolu, qar və sel gözlənilir - XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycandakı böyük obyektlərə vaxt verildi

16.02.2019 14:40 13 317
Azərbaycandakı böyük obyektlərə vaxt verildi
Bu il iyulun 1-dək Bakıdakı “Mall” tipli iri ticarət mərkəzləri, şəbəkə sistemli marketlər, yanacaqdoldurma məntəqələri, ixtisaslaşmış avtomobil satışı obyektləri və şadlıq evləri real vaxt rejimində Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulmalıdır.

Bu gün Nazirlər Kabineti bununla bağlı “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”ni təsdiqləyib.

Qrafikə əsasən, paytaxtdakı mebel satışı üzrə ixtisaslaşmış müəssisələr bu il oktyabrın 1-nə qədər, pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyiciləri gələn il yanvarın 1-nə qədər, eyni fəaliyyəti göstərən digər təsərrüfat subyektləri isə 2021-ci il aprelin 1-nədək nəzarət-kassa aparatları quraşdırmalıdır.

Bakıdan kənarda yerləşən vergiödəyiciləri üçün isə real vaxt rejimində işləyən kassa aparatlarının tətbiqi müddəti daha uzundur. Məsələn, rayonlardakı “Mall”ların, avtomobil və mebel salonlarının, şadlıq evlərinin elektron informasiya sisteminə qoşulması üçün bu il oktyabrın 1-nə qədər vaxt verilib. Gəncə və Sumqayıtda yerləşən şəbəkə sistemli marketlər və yanacaqdoldurma məntəqələri isə Bakıdakı kimi bu il iyulun 1-nə qədər sistemə qoşulmalıdır.

Bundan başqa, Gəncə və Sumqayıt şəhərlərində fəaliyyət göstərən sahibkarlara 2021-ci il aprelin 1-nə qədər, Abşeron, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz, Masallı, Göyçay, Şamaxı, Zaqatala, Şəmkir, Tovuz, Salyan, Sabirabad və Naftalanda (kənd və qəsəbələr istisna olmaqla) 2021-ci il oktyabrın 1-nə qədər, digər rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) 2022-ci il yanvarın 1-nə qədər, bütün kənd və qəsəbələrdə isə 2023-cü il yanvarın 1-nə qədər vaxt verilib. 

Qeyd edək ki, real vaxt rejimində işləyən kassa aparatına qəbz vurulan zaman göstəricilər həmin vaxtda Vergilər Nazirliyinin bazasında görünür.

Qrafiklə bağlı əlavə məlumat üçün keçid: https://cabmin.gov.az/az/document/3441/ 

//oxu.az
скачать dle 11.3
Mojo.az Banner