Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:10 Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər | 12:08 Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı | 11:59 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video | 11:42 Ağdaşda 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqlayıb | 11:41 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı | 11:19 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb | 11:13 Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - Foto | 11:09 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 11:07 Alyona Əliyeva BIAF 2026 Festivalından paylaşım edib - Foto | 11:03 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Bayrağı Günü ilə bağlı videoçarx paylaşılıb | 23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda dörd nəfər başqasının yerinə imtahana girmək istədi

14.02.2019 17:12 2 325
Azərbaycanda dörd nəfər başqasının yerinə imtahana girmək istədi
Fevralın 10-da keçirilən sınaq imtahanında tətbiq edilən “üzün tanınması” texnologiyasına əsaslanan proqram-texniki vasitə ilə dörd nəfərin başqasının yerinə imtahana girmək cəhdinin qarşısı alınıb.

Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun keçirilən sınaq imtahanında Bakı və Gəncə şəhərlərində bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunub.

Bildirilib ki, bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Fevralın 10-da keçirilən imtahan sınaq imtahanı olsa da, dörd nəfərin başqasının yerinə imtahana girmək cəhdi müəyyən olunub. DİM abituriyentlərin və onların valideynlərinin nəzərinə çatdırır ki, qeyd olunan proqram texniki vasitə ilə belə hallar asanlıqla aşkara çıxarılır. İmtahana giriş zamanı proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə real vaxt rejimində götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə dərhal məlumat verir.

Xatırladaq ki, fevralın 17-də keçiriləcək ilk-peşə ixtisas təhsili müəssisələrinin buraxılış, dövlət qulluğuna və daha sonra magistraturaya qəbul imtahanlarında da bəzi binalarda yeni texnologiyanın imkanlarından istifadə olunacaq.

Son xəbərlər