Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb | 13:58 Tramp marşrutu üzrə texniki planlaşdırmanın detalları açıqlandı | 13:57 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO | 13:48 Qazaxda iki gənc bir-birini bıçaqlayıb - Təfərrüat (Yenilənib) | 13:40 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb | 13:36 Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli şəxs həbs edildi | 13:26 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib - Foto | 13:24 Bayram günlərində metroda hərəkətin qrafiki dəyişdiriləcək | 13:11 Sabah Bakıda intensiv yağış yağacaq - 08.11.2026 |
Mojo.az Avto
Mojo.az Avto

Məleykə Abbaszadə repetitorları ittiham etdi: "Bu işə həddindən artıq həssas yanaşmalıdırlar"

13.02.2019 20:53 5 490
Məleykə Abbaszadə repetitorları ittiham etdi:
Əvvəlki illərdə abituriyentin əvəzinə başqa şəxsin imtahan binasına daxil olmağa cəhd etməsi kimi hallarla rastlaşmışıq. Bununla bağlı ötən il də müəyyən faktlar aşkarlanaraq, araşdırma aparılıb və materiallar müvafiq orqanlara göndərilib. Bu faktlarla bağlı həmin orqanlar tərəfindən cinayət işi qaldırılıb. Çox təəssüf ki, bu işin təkanverici qüvvəsi əksər vaxt repetitorlar olur. Yeni layihələrdən, gələcək perspektivlərdən danışmaq əvəzinə, məcburuq, qanun pozuntularından söz açaq.

Median.Az
xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlaması zamanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O, belə halların baş verməməsi üçün DİM-in pilot layihəyə başladığını vurğulayıb:

"Valideynlər və müəllimlər bu işə həddindən artıq həssas yanaşmalıdırlar. Bu cür halların aradan qaldırılması üçün 10 fevralda keçirilən sınaq imtahanlarında pilot layihə tətbiq etməyə başlamışıq. Bakı və Gəncə şəhərlərində bəzi imtahan binalarına giriş zamanı "FaceRecognition" (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə edilib".

Məleykə Abbaszadənin sözlərinə görə, abituriyent imtahana qeydiyyatdan keçən zaman onların şəkli avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) və ya DİM-in informasiya sistemlərindən götürülərək ayrıca elektron bazaya daxil edilir:

"İmtahana giriş zamanı proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə məlumat verir. Bu proqram, hətta əkizləri belə bir-birindən fərqləndirir. Layihənin gələcəkdə bütün respublika üzrə qəbul imtahanlarında tətbiq olunması nəzərdə tutulur".//musavat.com

Son xəbərlər