Mojo.az Banner
SON DƏQİQƏ
13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Dünyada buzlaqların həcmi hesab edildiyindən daha kiçikdir

12.02.2019 23:38 3 911
Dünyada buzlaqların həcmi hesab edildiyindən daha kiçikdir
Qrenlandiya və Antarktidada buzlaqların əriməsinə dair həyəcan siqnallarına tez-tez rast gəlinir və buzlaqların bu vəziyyəti qlobal iqlim dəyişikliyinə əsas sübutlar sırasında durur. İsveçrəli alimlər dünyadakı buzlaqların həcmini yenidən hesablayaraq müəyyən ediblər ki, hazırda dünyadakı daimi buzlaqların həcmi hesab edildiyindən daha azdır.

Median.Az
 Azərtac-a istinadən xəbər verir ki, Sürixdə yerləşən İsveçrə Federal Texnologiya İnstitutunun alimləri apardıqları araşdırmalarda dünyanın bir çox ərazilərində, xüsusilə də Asiyada buzlaqların həcminin indiyədək hesab edildiyindən az olduğunu və sürətlə əriməsini müəyyən ediblər. Antarktida və Qrenlandiya istisna edilməklə, ümumilikdə 215543 buzlağın daxil edildiyi reyestrdə buz örtüyünün həcmi bir neçə il bundan əvvəlki göstəricidən 18 faiz az olub. Xüsusilə Himalay sıra dağları, Tibet yaylası və Mərkəzi Asiya dağlarında daimi buz qatının həcminin 25 faiz az olduğu müəyyən edilib. Əgər vəziyyət bu cür davam edərsə, alimlər 2060-cı ilədək Asiyadakı dağlarda buz örtüyünün yarısının yox olacağını ehtimal edirlər. Bu isə dünyada orta temperaturun 1,8 dərəcə istiləşməsi fonunda baş verə bilər.

İsveçrə alimləri hesablamalar zamanı peyk məlumatları və havadan çəkilmiş fotolarla yanaşı, buzlaq ərazilərinin rəqəmsal səth modellərindən istifadə ediblər. Bu zaman yalnız bir kompüter modelinə istinad etməklə kifayətlənməyən alimlər bir-birindən müstəqil beş fərqli model əsasında simulyasiyalar apararaq, öz hesablamalarını həyata keçiriblər.

Alimlər hesab edirlər ki, dünyanın şirin su ehtiyatlarının cəmləşdiyi buzlaqların əriməsi materiklərdə ilkin mərhələdə böyük daşqınlar, sonrakı mərhələdə isə içməli su çatışmazlığı və quraqlıqla müşayiət oluna bilər. Həmçinin dünyadakı buzlaqların əriməsi dünya okeanlarında suyun səviyyəsinin 30 santimetrədək artmasına aparıb çıxara bilər.скачать dle 11.3

Son xəbərlər