Mojo.az Banner
20:52 Bu çörək xərçəngi inkişaf etdirə bilər  |     20:47 Məşhur aktrisa 103 yaşında vəfat etdi  |     20:40 170 min dollar xaricə köçürüldü - şirkət 30 min dollardan çox cərimələndi  |     20:34 Taksi fəaliyyəti üçün narkoloji müayinə sənədini saxtalaşdırdı - 3000 manat cərimələndi  |     20:29 Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr (SİYAHI)  |     20:21 Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi  |     20:16 Xalq artisti əməliyyat edildi  |     20:08 Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi  |     20:02 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə  |     19:54 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olundu - Direktor işdən çıxarıldı  |     19:49 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib  |     19:42 Lombarddan 22 min manatlıq oğurluq edildi  |     19:37 "Bəzi məhsulların qiymətlərinin artması hər birimizi düşündürür" - Komitə sədri  |     19:30 Nazirlik havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi - VİDEO  |     19:24 Tacikistanın 8 vətəndaşı Azərbaycanda təhsil alacaq  |     19:15 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb  |     19:10 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı  |     19:03 Kirayə mənzil üçün yeni müraciətlərin qəbulu niyə dayandırıldı? - VİDEO  |     18:47 Yumurta bişirəndə bu səhvləri etməyin  |     18:42 Rusiyada bazara BASQIN: azərbaycanlılar cərimələndi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Peruda cəmi yarım əsr ərzində buzlaqların yarıdan çoxu əriyib: Amazon təhlükədə

24.11.2023 12:47 3 276
Peruda cəmi yarım əsr ərzində buzlaqların yarıdan çoxu əriyib: Amazon təhlükədə
Perunun Dağ Buzlaqları və Ekosistemləri üzrə Milli Tədqiqat İnstitutunun (“Inagem”) alimləri ölkənin 1962-ci ildən bəri buz örtüyünün 56,22%-ni itirdiyini, 2016-2020-ci illər arasında 175 buz örtüyünün yoxa çıxdığını müəyyən ediblər.

Mütəxəssislərin fikrincə, Peruda dağ buzlarının əriməsində əsas amil buzlaqların sürətlə geri çəkilməsinə səbəb olan orta qlobal temperaturun artmasıdır.

Bu gün Cənubi Amerika ölkəsində təxminən 1050 kvadrat kilometr buz təbəqəsi qalıb. Bəzi dağ sistemləri, o cümlədən Çila massivi son 60 il ərzində buzlarının 99%-ni itirib. Bu, Amazon çayının vəziyyətinə təsir göstərə bilər, çünki Çila buzlaqları dünyanın ən böyük çayı üçün əsas su mənbələrindən biridir.

“Inagem”in prezidenti Beatris Fuentealvanın sözlərinə görə, buzlaqların itirilməsi aşağıda yaşayan sakinlərin həyatı üçün birbaşa risklər yaradır.

Xatırladaq ki, 1970-ci ildə 7,9 bal gücündə güclü zəlzələdən sonra şimal And dağlarında nəhəng buz təbəqəsi qopmuş və Yunqay şəhərini dağıdan sel axınına səbəb olmuşdur. Nəticədə 20 mindən çox insan təbii fəlakətin qurbanı olub.

Mənbə: Associated Pressскачать dle 11.3
Mojo.az Banner