Mojo.az Banner
18:47 Sabah Bakıda yağış yağacaq  |     18:40 Bakıda motosiklet qaçırıldı  |     18:35 "Avropa Putinlə dialoqa hazırdır" - Vadeful  |     18:26 “Göydən daş yağır” – "Sac İnşaat"dan ŞİKAYƏT (VİDEO)  |     18:21 Arvadını doğrayaraq itlərə yedizdirdi, özü polisə təslim oldu  |     18:02 Paytaxtda 18 istiqamətdə sıxlıq var  |     17:51 İsmayıllıda toyda 30-dan çox şəxs NƏDƏN ZƏHƏRLƏNİB? - AÇIQLANDI  |     17:47 Azərbaycanda kursant VƏFAT ETDİ - FOTO  |     17:05 Kanat qurğusu niyə FHN-in nəzarət siyahısında olmayıb? – RƏSMİ CAVAB  |     16:09 Yevlaxda arxlar daşıb, həyətləri çirkab sular basıb - VİDEO  |     16:01 Kanat faciəsinin qarşısını necə almaq olardı? – Troslarla bağlı VACİB MƏQAMLAR  |     15:56 Xalq artisti Aleksandr Şarovski dəfn edilib  |     15:55 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək  |     15:35 Gəncədə keçmiş kollec direktorlarına cinayət işi açıldı - FOTO  |     15:33 Gələcək 5-10 ili düşünmədən ixtisas seçməyin – XƏBƏRDARLIQ  |     15:30 Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb  |     14:15 Azərbaycan və Ermənistan sərhədin delimitasiyasına şimaldan başlayacaq  |     14:05 "Sabah"dan növbəti TRANSFER: Portuqaliyadan hücumçu gətirdi - FOTO  |     14:03 Ceyhun Bayramov: Ermənistanın konstitusiyasının dəyişdirilməsi mövzusunda mövqeyimiz dəyişməzdir  |     13:58 Neft kəskin BAHALAŞDI: "Brent"in qiyməti 100 dolları keçdi  |    
Left Banner
Right Banner

Avropanın yeni sanksiya paketi Lukaşenkonu hədəfə ala bilər

08.11.2025 22:21 582
Avropanın yeni sanksiya paketi Lukaşenkonu hədəfə ala bilər
ABŞ-ın Belarus hökumətinə qarşı sanksiyaları yumşaltması və münasibətlərin qismən istiləşməsi fonunda Avropa İttifaqı əks istiqamətdə addım ataraq Minskə qarşı tədbirləri sərtləşdirməyə hazırlaşır.

Qaynarinfo xəbər verir ki, bu barədə "DW" xəbər yayıb.

Məlumata görə, Aİ Rusiyaya qarşı artıq sayca 20-ci sanksiya paketini hazırlayır. Cümə günü bu məsələ Litvanın maliyyə naziri Kristupas Vaytekunas ilə Avropa Komissiyasının maliyyə xidmətləri üzrə komissarı Mariya Luiş Albuqerke arasında müzakirə olunub.

Litvalı siyasətçinin sözlərinə görə, Avropa təkcə Kremlə deyil, həm də onun Belarusdakı müttəfiqinə təzyiqi artırmalıdır. Xüsusilə Lukaşenko rejiminin qonşu ölkələrə qarşı həyata keçirdiyi "müntəzəm hibrid hücumlar" fonunda bu addım vacib sayılır.

Vaytekunas hesab edir ki, Avropa İttifaqı Belarusiyaya tətbiq olunan sanksiyaları Rusiyaya qarşı olanlarla eyni səviyyəyə gətirməlidir. Öz növbəsində komissar Albuqerke bildirib ki, yeni məhdudiyyətlərin hazırlanması hələ ilkin mərhələdədir.

"Biz üçüncü ölkələrlə işləyirik, çünki onların arasında sanksiyalardan yayınmağa yardım edənlər var", deyə o əlavə edib.

Qeyd edək ki, Donald Tramp administrasiyası ilə Alesandr Lukaşenko hökuməti arasında son vaxtlar qarşılıqlı komplimentlər və hədiyyələrlə müşayiət olunan isti münasibətlər yaranıb. ABŞ Dövlət Departamenti Belarusa qarşı bəzi sanksiyaları, xüsusilə Ukraynadakı müharibə ilə əlaqəsi olmayanları ləğv edib. Onların arasında 2021-ci ildə müxalifətçi Roman Protaseviçin təyyarədən endirilərək saxlanılması insidenti ilə bağlı "Belavia" aviaşirkətinə tətbiq edilən məhdudiyyətlərin yumşaldılması da var.скачать dle 11.3
Mojo.az Banner