Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

OPEC+in tərkibi Bakıda keçiriləcək iclas ərəfəsində hələ təsdiqlənməyib

07.02.2019 22:46 2 668
OPEC+in tərkibi Bakıda keçiriləcək iclas ərəfəsində hələ təsdiqlənməyib
OPEC+in sazişin yerinə yetirilməsinin monitorinqi üzrə Nazirlər Komitəsinin yeni tərkibi OPEC+in martın 17-18-də Bakıda keçiriləcək iclası ərəfəsində hələ təsdiqlənməyib. Venesuela, Əlcəzair və Omanın yerinə BƏƏ, İraq və Qazaxıstanın komitəyə daxil edilməsi müzakirə olunur.

Median.Az
"Report"a istinadən bildirir ki, bu barədə TASS OPEC+in Yaxın Şərq nümayəndə heyətlərində və OPEC katibliyində olan üç mənbəyə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, buna qədər monitorinq komitəsinin üzvü olan Venesuela, Əlcəzair və Oman artıq komitə üzvləri deyil.

"Yeni üzvlərin seçilməsi məsələsi çox güman ki, aprel ayında OPEC+in fövqəladə nazirlər iclasında müzakirə olunacaq", - agentliyin həmsöhbətləri deyiblər.

Komissiyanın işində qeyri-OPEC ölkələri adından iştirak edən Omanın yerinə daha əvvəl komitə üzvü kimi işləmək istəyini təsdiq etmiş Qazaxıstanın seçilməsi təklif olunur.

Venesuelanın isə Bakıdakı iclasda komitə üzvü yox, 2019-cu il üçün seçildiyi OPEC konfransının prezidenti qismində iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, komitənin tərkibinin dəyişəcəyi barədə nazirlər 2018-ci ilin dekabrında Vyanada keçirilmiş iclasda xəbər veriblər, lakin yeni tərkibin seçilmə tarixi məlum deyil.

Mənbələrdən birinin sözlərinə görə, qarşıdakı görüşün əsas məsələsi OPEC+ ölkələri arasında əməkdaşlıq haqqında xartiyanın müzakirəsi olacaq.

Daha əvvəl bildirilib ki, OPEC+ ölkələri apreldə keçiriləcək nazirlər görüşündə müddətsiz əməkdaşlıq haqqında bəyannaməni nəzərdən keçirə bilər.скачать dle 11.3
Mojo.az Banner