Mojo.az Banner
20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |     20:05 Bakıda BMT-nin İqlim Həftəsində 140-dan çox ölkədən 2700 nümayəndə iştirak edib  |     19:59 Husilər Trampa mesaj göndərdilər: "ABŞ ilə vuruşmaq istəmirik"  |     19:47 İran və regional dövlətlər Hörmüz boğazını müzakirə edəcəklər  |     18:09 1-ci sinfə gecikən uşaqlar üçün elektron qəbul başlayır  |     18:03 İkinci əl telefon alarkən bu səhvi etməyin - XƏBƏRDARLIQ  |     17:58 Qazaxıstan "Avroviziya-2027" qatılır?  |     17:51 Çilidə qocalar evi yandı, çoxlu sayda ölən var  |     17:44 Hörmüzdən sonra yeni təhlükə: Daha bir keçid risk altındadır  |     17:39 Xərçəng riskini artıran əsas vərdişlər açıqlandı  |     17:31 Unun topdansatış qiyməti nə qədər bahalaşdı?  |     17:25 ÜST xəbərdarlıq etdi: Bu vərdiş övlad sahibi olmaq şansını bitirir!  |     17:18 Bakıda skuterlər təhlükəyə çevrilir: Nəzarət yetərlidirmi?  |     17:13 Anasının pensiyasını əlindən alan şəxs həbs edildi  |     17:07 Daha çox avtomobil, daha çox tıxac: Bakı bu yükü daşıya biləcəkmi?  |     17:00 Maaş ayın sonuna çatmır: Ailə büdcəsini necə qorumaq olar?  |     16:55 Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)  |     16:47 40 yaşlı Ledi Qaqa ilk dəfə ana oldu  |     16:42 1200 manatdan 36 min dollaradək - Azərbaycanda əcnəbi tələbələrə təhsil haqqı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu gün Mübariz İbrahimovun doğum günüdür - FOTO - VİDEO

07.02.2019 12:03 13 878
Bu gün Mübariz İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

Heç kəs anadan qəhrəman doğulmur. Onu yaşadığı zaman, ətrafında cərəyan edən hadisələr, malik olduğu xarakter və vətən sevgisi qəhrəman edir. Mübariz İbrahimov da öz varlığı ilə, atəş kimi ürəyi ilə Azərbaycanda qəhrəmanlıq salnaməsi yazmağı bacardı, igidlər, şəhidlər karvanına qoşuldu.




İbrahimov Mübariz Ağakərim oğlu 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində təhsil almağa başlayıb, 2005-ci ildə orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağırılıb.

Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

İki il mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən orduya qayıtmağa qərar verib və öz arzusu ilə gizir rütbəsində, cəbhə bölgəsində hərbi xidmətə başlayıb.



Bəziləri onu qəhrəman kimi ölkəyə tanıdan o günü birmənalı qiymətləndirə bilmir. Bu günlərdə onun qəhrəmanlığını şübhə altına alan bir psixoloqun cavabını da xalq layiqincə verib, qəhrəmanın adına kölgə salınmasının qarşısını alıb. Hər gün pozulan atəşkəs rejimində şəhid düşən, yaralanan əsgər qardaşlarının taleyi, Qarabağ savaşında evsiz-eşiksiz qalmış milyonlarla soydaşımız, əsirlikdəki ana-bacılarımız barədə düşüncələr o cəsur ürəyə rahatlıq vermir, intiqam duyğularını alovlandırırdı.

Gizir Mübariz İbrahimov 2010-cu il iyunun 19-da Tərtər istiqamətində, gecə saat 23:30 radələrində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini birinci həmlədə məhv edir.

Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək beş saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur. Onun meyitini düşmən geri qaytarmaq istəmir, şəkillərini sosial şəbəkələrdə paylaşırdılar. Lakin bu şəkillər Azərbaycanın igid balasını hər kəsə daha çox sevdirdi, hər kəs bir nəfər kimi qəhrəmanın cəsədinin geri verilməsini tələb edirdi.


Dövlət başçısının səyləri və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində şəhid Mübariz İbrahimovun noyabrın 6-da qarşı tərəfdən alınıb və xalq tərəfindən təntənəli şəkildə dəfn edilib.

Noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev də qatılıb. Şəhid İkinci Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə sərəncam imzalayıb. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsi əbədiləşdirilib.


Adı dillər əzbəri olan qəhrəmanımız bu gün də unudulmur, sevgi ilə yad edilir, hərbi xidmətə yollanan əsgərlərimizə nümunə olaraq göstərilir. Qardaş Türkiyədə də Mübariz İbrahimovun adı sevgi ilə anılır. Qonşu ölkədə yayımlanan və böyük izləyici ordusuna malik “Savaşçı” teleserialında da Mübariz İbrahimovun qəhrəmanlığından bəhs edilib.



“Sən necə Mübariz İbrahimovu tanımırsan? O, Azərbaycanın qəhrəmanıdır. Təsəvvür edirsən, bu insan təkbaşına düşmən tərəfə keçib. Öncə postu ələ keçirib və 24 saat - şəhid olana qədər vuruşub, 50 nəfəri öldürüb. Əsl əfsanə budur. Mübariz əsl əfsanədir”.

Filmdə iki əsgər arasında gedən söhbət bu şəkildə idi.
//oxu.az
скачать dle 11.3
Mojo.az Banner