Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:47 Atası başına qazan çırpdı, oğul atasını döydü - Həbs edildi | 19:36 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? | 19:34 Bakıda toyda telefonları oğurlayan şəxs saxlanıldı | 19:28 Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq | 19:08 Azərbaycanda yaşlı insanların nikaha marağının artmasının səbəbləri | 18:52 Azərbaycanda şair vəfat etdi | 18:44 Gəncədə avtomobillər bir-birinə çırpıldı - Yaralılar var | 18:31 Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladı | 18:09 Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar | 17:57 Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq? | 17:36 Tovuzda torpaq sürüşməsi olub | 17:35 Evindən qızılları yoxa çıxan ailə polisə şikayət etdi, oğul saxlanıldı | 16:54 Vilyam Hacıyevin azadlıqda ilk fotosu | 16:41 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi | 16:34 İranda spirtli içkilərdən zəhərlənənlərin sayı 241-ə çatdı | 16:28 Badamdarda sürüşmə zonasında evi olanlara kompensasiya hansı qayda ilə ödəniləcək? | 15:47 Pul aldığı şəxsdən oğurluq edib, borcunu qaytardı | 14:53 Prezident rektoru təltif etdi | 14:43 Tovuzda 28 yaşlı gənci qatar vurub öldürdü - Rəsmi açıqlama | 14:34 İlham Əliyev: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk" |
Mojo.az Avto
Mojo.az Avto

Ucarda kişi arvadını öldürdü, özünü və qayınanasını yaraladı

06.02.2019 13:46 2 358
Ucarda kişi arvadını öldürdü, özünü və qayınanasını yaraladı
Ucar rayonunda qətl hadisəsi baş verib.

Hadisə Şamil Fərzəliyev küçəsi, 30 ünvanında baş verib.

Belə ki, 1970-ci il təvəllüdlü Aruz Xudat oğlu Tağıyev həyat yoldaşı, 1972-ci il təvəllüdlü Şəhla Tağıyevaya küt alətlə xəsarət yetirib. Şəhla Tağıyeva hadisə yerində ölüb.

Daha sonra o, qayınanası - 1953-cü il təvəllüdlü Zivər Tağıyevaya bıçaqla xəsarət yetirib.

Z.Tağıyeva müxtəlif dərəcəli ağır xəsarətlərlə Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qadının vəziyyəti ağır olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı xəstəxanaların birinə göndərilib.

Hadisə ailə münaqişəsi zəminində baş verib. Cinayətdən sonra Aruz Tağıyev özünə də bıçaqla xəsarət yetirib və xəstəxanya yerləşdirilib.

Əldə etdiyimiz məlumata görə, Aruz Tağıyev psixi xəstəlikdən əziyyət çəkib.

Faktla bağlı Ucar rayon Prokurorluğunda cinayət işi başlanıb.

Son xəbərlər