Mojo.az Banner
16:06 "Bitcoin" sürətlə bahalaşdı  |     15:25 "Hizbullah" İsrailin ən böyük müdafiə şirkətinə zərbə endirib  |     15:19 Müştəri sifarişi qəbul etmirsə, pul kuryerdən tutulmalıdır?  |     14:58 25 milyon manat büdcəyə geri qaytarıldı  |     14:45 Apteklərdə kütləvi yoxlamalar aparıldı, ciddi nöqsanlar aşkarlandı  |     14:37 Xəzər dənizində köməksiz vəziyyətdə qalan azərbaycanlı balıqçılar xilas edilib  |     14:35 Azərbaycanda icra hakimiyyətlərindən birində KÜTLƏVİ İXTİSAR  |     14:34 Anasını hoteldə qətlə yetirən gəncə HÖKM OXUNDU  |     14:23 Rusiya səfirliyi Azərbaycana təşəkkür etdi  |     13:18 Sabahın hava proqnozu açıqlandı  |     13:04 ABŞ İrandakı əməliyyatlara milyardlarla dollar xərcləyib - Video  |     12:56 "Tələbələrə nəqliyyatda 10 faiz güzəşt oluna bilər"  |     12:50 Xəyalə Quliyeva "Maşın Şou"da qazandığı avtomobili məhkəmədə uduzdu  |     12:17 Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana gətirildi - TƏFƏRRÜAT  |     12:11 Əliyar Ağayev Azərbaycana qayıda bilmir - SƏBƏB  |     12:10 Qətər, Küveyt və Bəhreyinin hava məkanları daha 12 saat bağlı qalacaq  |     12:01 Dövlət komitəsinin məxfi şöbəsinin müdiri işdən çıxarıldı  |     11:52 Pensiya, müavinət və təqaüd alanlara ŞAD XƏBƏR  |     11:30 İran Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı bazanı vurdu  |     11:26 KİV: PSJ-nin qapıçısı "Sabah"a keçir  |    
Left Banner
Right Banner

Prezident: "İslahatlar davam etdiriləcək"

01.02.2019 23:25 2 076
Prezident:
“İslahatlar davam etdiriləcək”.

Median.Az
xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı deyib.

“Ölkə qarşısında duran vəzifələrdən biri də iqtisadi gücümüzü artırmaqdır və bu istiqamətdə işlər aparılır. İqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində işlər görülür. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində yaxşı nəticələr var. Dünya Bankının son “Doing Business” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 25-ci yerə layiq görülüb. Baxın, dünya miqyasında biznes şəraitinə görə Azərbaycan 25-ci yerdədir. Biz bunu nəyin hesabına əldə etmişik? Ancaq islahatlar hesabına. İslahatlar davam etdiriləcək. Bu islahatlar nəticə verir. Biz islahat naminə islahat aparmırıq. Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik. Buna nail olmaq üçün əlbəttə ki, gənclərin çox böyük dəstəyi olmalıdır. Biz bunu hiss edirik və görürük”, – deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsas şərtidir: “Təsəvvür edin, əgər biz iqtisadi cəhətdən asılı olsaydıq, müstəqil siyasət apara bilərdikmi? Əlbəttə ki, yox. Dünyada o qədər ölkə var ki, bu məsələ ilə bağlı çətinlik çəkir. Biz iqtisadi gücümüzə arxalanaraq müstəqil siyasət aparırıq və öz prinsipial sözümüzü deyirik, xalqımızın maraqlarını bütün tədbirlərdə qoruyuruq. İqtisadi müstəqillik və dayanıqlılıq mütləq bundan sonra da təmin edilməlidir. Biz xarici dövlət borcumuzu çox aşağı səviyyədə saxlayırıq. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Çox az ölkə tapılar ki, bu göstərici ilə fəxr edə bilsin. Yəni, biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik və heç vaxt asılı olmamalıyıq. Mən gənclərə deyirəm, siz də bunu bilməlisiniz ki, biz heç vaxt heç kimdən asılı olmamalıyıq. Biz azad xalq kimi yaşamalıyıq, biz öz həyatımızı özümüz qururuq. Əgər kimsə bizə məsləhət vermək, kömək göstərmək istəsə, – əlbəttə ki, əgər bu, təmənnasızdırsa, – biz bunu alqışlayırıq. Ancaq biz özümüz hər şeyi bilirik, öz həyatımızı özümüz qururuq. Müstəqilliyimizin son 25 ili bunu göstərir ki, biz düzgün yoldayıq”.

“Biz 1993-cü ildən başlayaraq ancaq inkişaf və tərəqqi yolu ilə gedirik. Amma baxın, 1993-cü ilə qədər nələr baş verirdi. Azərbaycan demək olar ki, dünya xəritəsindən silinirdi. Müstəqilliyimizin ilk illəri ağır, faciəli illər idi. Ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün hərbi çevrilişindən sonra vəziyyət daha da ağırlaşdı. Xaos, anarxiya, özbaşınalıq, quldur dəstələri çiyinlərində avtomat küçələri gəzirdilər. Siz gənclər bunları görməmisiniz, bəlkə də televiziya kadrlarında görmüsünüz. Biz bunları görmüşük – özbaşınalıq, rüşvətxorluq, korrupsiya. Səriştəsiz adamlar vəzifəyə gəldilər, ölkəmizi bərbad vəziyyətə saldılar, vətəndaş müharibəsinə təkan verdilər və Azərbaycanda vətəndaş müharibəsi başladı. Məhz o hakimiyyətin xəyanətinə görə torpaqlarımız işğal altına düşmüşdür. Bütün bunları biz görmüşük. Əgər Azərbaycan xalqı 1993-cü ildə müdriklik göstərməsəydi, Heydər Əliyevi hakimiyyətə dəvət etməsəydi, bizim taleyimizin necə olacağını bilmək olmazdı. Ona görə bütün bunları görərək biz bugünkü sürətli inkişafı daha da yüksək qiymətləndirməliyik və bu inkişafı dayanıqlı etməliyik”, – deyə dövlət başçısı vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner