Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Emin Ağalarovdan narkotik və alkoqolizmdən əziyyət çəkənlərə böyük dəstək

31.01.2019 21:01 2 778
Emin Ağalarovdan narkotik və alkoqolizmdən əziyyət çəkənlərə böyük dəstək
Azərbaycanın Xalq artisti Emin Ağalarov Rusiya Milli Antinarkotik Birliyində (MAB) mini konsert proqramı ilə çıxış edib. Artist burada narkomaniya və alkoqolizmdən əziyyət çəkən insanlarla ünsiyyət qurub.

Müğənni bu görüşlə bağlı videoçarxı "Instagram" sosial şəbəkəsində paylaşıb: "İşdən sonra bu qışın əsas tədbirlərindən birinə - MAB Beynəlxalq antinarkotik düşərgəsindəki konsertə getməli oldum. Mən Nikita Luşnikovun rəhbərliyi ilə bütün ölkə üzrə çox ciddi bir problemlə məşğul olan və ən əsası, bu problemin öhdəsindən əla gələn uşaqlarla tanış olmuşam".

"Mən, tamamilə normal həyata qayıtmağı bacaran 700 qəhrəmanla görüşmüşəm. Onların bir çoxu hazırda analoji asılılıq problemindən əziyyət çəkən digər insanlara kömək edir" - Ağalarov bildirib.

Qeyd edək ki, Milli Antinarkotik Birliyi narkomaniya və alkoqolizmdən müalicə edən reabilitasiya mərkəzlərini birləşdirir. Onların məqsədi bu bəlaya mübtəla olan hər kəsin asılılığını aradan qaldırmaqdır.

Emin Ağalarov "World Music Awards", "Azərbaycandan olan ən yaxşı ifaçı", "Qızıl qrammafon", "MUZ-TV Mükafatı" və bir çox digər beynəlxalq mükafatların laureatıdır. Müxtəlif ölkələrdə konsertlərlə çıxış edir. Müğənninin musiqi daxılında doqquz ingilis dilli albom, "Warner Music" və "Sony ATV Music Publishing" kimi aparıcı şirkətlərlə müqavilə də var. Ağalarov, həmçinin Qriqori Leps və Sergey Kojevnikovla birlikdə hər il Bakıda keçirilən "Jara" beynəlxalq musiqi festivalının təşkilatçısıdır.

Son xəbərlər