Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda satıcı qız itkin düşüb - FOTO

30.01.2019 12:35 3 998
Sumqayıtda satıcı qız itkin düşüb - FOTO
Sumqayıt şəhərində işlədiyi mağazadan çıxan qız itkin düşüb.

Median.Az
Report-a istinadən xəbər verir ki, 52-ci məhəllədə fərdi evdə yaşayan, 1998-ci il təvəllüdlü Xədicə Rizvan qızı Kərimli işlədiyi Sumqayıt şəhər, 2-ci mikrorayon ərazisində yerləşən qadın geyimləri mağazasından yanvarın 17-də işdən çıxıb və bir daha geri qayıtmayıb.

Xədicə Kərimlinin əlamətləri: boyu, təxminən, 160 sm, ağbəniz, orta bədən quruluşlu, gözlərinin rəngi qonur, saçı uzun və çəhrayı rəngdədir.

Evdən çıxarkən əynində qara rəngli papaqlı gödəkçə, qara cins şalvar və ayağında ağ rəngli idman ayaqqabısı olub.

X.Kərimlini görənlərdən xahiş olunur ki, bu barədə Sumqayıt şəhər Polis idarəsinə və ya (018) 65-4-44-81, 055-286-39-46 nömrəli telefonlara zəng edərək məlumat versinlər.

Son xəbərlər