Mojo.az Banner
21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |     20:04 "Merry Beauty" və "A1 kitab Evi"ndə oğurluq  |     19:58 Premyer Liqa: "Neftçi" V turun açılış oyununda qələbə qazanıb  |     19:57 ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi  |     19:45 Paytaxtın üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  |     19:38 Vuçiç sentyabrın sonunda istefa verəcək  |     19:19 Bu 4 bürcün həyatında dəyişikliklər başlayır  |     19:18 Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı  |     19:03 Xarici diplomatlar Cıdır düzündə  |    
Mojo.az Avto
Mojo.az Avto

Ekspertlərdən SOS: Planşet və televizorların uşaqlara təsiri açıqlandı

29.01.2019 19:51 1 821
Ekspertlərdən SOS: Planşet və televizorların uşaqlara təsiri açıqlandı
Televizor ekranı və ya planşet kompüterinin qarşısında çox vaxt keçirən uşaqlar problemləri çətin həll edir, öz həmyaşıdları ilə pis ünsiyyət qurur və 5 yaş dövrü üçün inkişaf vərdişlərini daha zəif nümayiş etdirirlər.

Median.az
Azərtac-a istinadən xəbər verir ki, bu qənaətə kanadalı ekspertlər gəliblər.

Kiçik yaşlı uşaqların valideynləri özlərinə az da olsa vaxt qazanmaqdan ötrü körpəsini televizor və ya planşet kompüterinin qarşısına qoymaq fürsətindən istifadə etməyə çox həvəsli olurlar. Məlumdur ki, uşaqlar onların valideynləri ev işləri görərkən və yaxud dostları ilə ünsiyyətdə olarkən sözün əsl mənasında ekrana "yapışırlar”. Tədqiqatlar sübut edib ki, bu üsul uşağın inkişafında mənfi nəticələrə gətirib çıxarır. Onun müəllifləri ünsiyyət, problemlərin həlli və digər şəxsi inkişaf vərdişlərini 2, 3 və 5 yaşında olan 2400 uşaq üzərində qiymətləndiriblər.

Müəyyən edilib ki, vaxtının çoxunu ekran qarşısında keçirən 2 yaşınadək uşaqlarda artıq 3 yaşında olarkən ləng inkişafın əlamətləri görünür. Televizor ekranlarının və planşet kompüterlərinin qarşısından çəkilməyən 3 yaşlı uşaqlar artıq 5 yaşında öz yaşıdlarından inkişafda gözəçarpacaq dərəcədə geri qalıblar. Bununla əlaqədar Kalqari Universitetindən olan tədqiqatçılar azyaşlıların valideynlərini öz həyatlarını bəsitləşdirməməyə, ünsiyyət vasitəsilə və təkcə əyləncəni deyil, həm də təlimi nəzərdə tutan müxtəlif fəal oyunların köməyi ilə uşağın inkişafında şəxsən iştirak etməyə çağırırlar.

Bununla yanaşı, tədqiqatçılar bəzi qadcetlərin uşağın təlimi üçün yüksək potensiala malik olmasını etiraf edirlər. Lakin valideynlər həmin cihazlardan heç də bu məqsədlər üçün istifadə etmirlər. Uşaqlar əksər hallarda cizgi filmlərinə baxır və ya onların diqqətini ifrat dərəcədə çəkən hansısa oyuncaqla oynayırlar. Bu, uşaqların bu və digər vərdişlərinin inkişafına kömək etmir.скачать dle 11.3
Mojo.az Banner