Mojo.az Banner
21:22 Sükan arxasında telefondan istifadə edən sürücüyə töhmət verildi  |     21:15 26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı  |     21:10 Qarabağda işləmək istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR  |     21:03 Starlink peyki orbitadan çıxaraq partlayıb  |     20:56 "Qarabağ"ın futbolçusu məşhur İtaliya klubuna keçə bilər  |     20:56 "Qarabağ"ın futbolçusu məşhur İtaliya klubuna keçə bilər  |     20:51 Xalq artisti: "Bizə gündə 25, mindiyimiz atlara 50 manat verirdilər"  |     20:44 Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır  |     20:38 Sifarişli daşımalara buraxılış vəsiqəsi almaq üçün tələblər sərtləşdi  |     20:31 QR kodlardan istifadə genişlənir: Mütəxəssis təhlükə barədə xəbərdarlıq edir  |     20:24 Yağışlardan sonra mənzil bazarında geriləmə: Alıcılar behlərini geri istəyir  |     20:19 BDU-nun 97 yaşlı dosenti dünyasını dəyişdi  |     20:12 Sabahdan elektron siqaret çəkənlər cərimələnəcək  |     20:04 Çindən Azərbaycana 29 milyon manatlıq elektrobuslar gətirilib  |     19:59 Aprelin ilk günündə 25 dərəcə isti olacaq  |     19:51 MİDA-dan ev alqı-satqısı adı ilə 240 min manatlıq dələduzluq etdilər  |     19:45 Ordubadda qaya uçqunu olub  |     19:34 Azərbaycan Ordusunda 31 Mart soyqırımı qurbanları anılıb  |     19:17 Ağdamda gənc qız üzündən bıçaqlandı: Şübhəli bilinən dayısı oğlu saxlanıldı  |     19:09 Azərbaycanda insanın klonlaşdırılması üsulları patent obyekti kimi tanınmayacaq  |    
Left Banner
Right Banner

Marketlərdə SODA yoxa çıxıb – İşbazlar aktivləşib, zavod bağlanır...

26.01.2019 21:48 2 212
Marketlərdə SODA yoxa çıxıb – İşbazlar aktivləşib, zavod bağlanır...
Son 2 həftədir ki, Azərbaycanda çay sodasının marketlərdə satışdan yoxa çıxması ilə bağlı məlumatlar yayılır. Mətbəxdə bir çox qida məhsullarının hazırlanmasında və bəzən də müalicələrdə insanlar üçün vacib olan bu məhsul qısa müddətdə iri marketlər şəbəkəsindən tutmuş xırda məhəllə mağazalara kimi yoxa çıxıb.

Çay sodasından şirniyyat və un məmulatları bişirilməsində istifadə edən, eləcə də bəzi müalicəvi prosedurlar məqsədilə daxilə qəbul edən insanlar bu vacib məhsulun yoxa çıxmasından təşvişə düşüblər.

Hazırda sosial şəbəkələrdə çay sodası əldə 2-3 manata satılır. Elanlarda sodanın məhdud sayda olması da vurğulanır.
İnsanlar 1.20 qəpiyə olan sodanın qiymətinin süni olaraq qaldırılmasına etiraz etsələr də, çoxları bir daha o sodadan tapa bilməyəcəyindən qorxaraq, hardasa kimlərdəsə ehtiyatda qalmış sodanı baha qiymətə almağa razıdır.

Median.az medicina.az-a istinadən bildirir ki, sovet dövründən tanınan məşhur Soda markasının vətəni Başqırdıstanda bikarbonat natriumun çıxarıldığı mədənlərdə təbii ehtiyatlar tükənmək üzrədir. Kompaniyanın yeni soda mənbələri tapması və mədənlər qazması üçün 5-7 il vaxt lazımdır. Hazırkı soda ehtiyatı 2020-ci ilə kimi qənaət etməklə çata bilər. Buna görə zavod istehsalı minimuma endirir.

Ola bilər ki, bundan sonra MDB ölkələrinə artıq Başqırdıstan zavod istehsalı soda yox, başqa ölkələrdə istehsal olunmuş alternativ marka soda idxal olunsun.

Ona görə Azərbaycanda da ötən illər idxal olunmuş soda satışdadır və zavodun bağlanması barədə məlumatlar alıcıların daha çox soda almasına və bəzi işbazların da sodanı satışdan yığışdıraraq, əldən satmasına təkan verib.

Məsələ ilə bağlı Medicina.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sodanın yoxa çıxması ilə bağlı alıcılardan birliyə çoxlu şikayət və zənglərin olduğunu bildirib.

"Hesab edirik ki, sodanın defisiti idxalçıların sövdələşməsi və süni yaratdığı ajiotajdır. Bu ucuz məhsulun belə qəhətə çəkilməsi normal deyil. Buna heç bir ciddi səbəb də yoxdur. Tələbin artdığını görüb bundan istifadə edən bəzi qruplar aktivləşərək süni qiymət artırır.

Ola da bilər istehsalçı yaxın vaxtda markanı, qablaşdırmanı, qiyməti dəyişsin. Bundan xəbər tutan işbazlar satışda olan sodanı yığışdırıb. Düşünürəm ki, ölkəyə həmin marka sodanın gətirilməsində problem yaradılmamalıdır. Yaxın günlərdə satışda sodanın lazımi miqdarda olacağını gözləyirik".
Eyyub Hüseynov sodanın müalicəvi təsiri barədə fikirlərin elmi əsasının olmadığını bildirib.

"Çox insanlar ona dərman kimi baxır. Amma soda hansısa xəstəliyi və ya xərçəngi müalicə etmir. Bir qutu soda bir neçə il yalnız müəyyən qida hazırlanmasında, uzağı diş, boğaz qarqarasında istifadə edilə bilər. Belə bir ucuz məhsulun süni yoxa çıxarılması yolverilməzdir. Yəqin ki, məsələnin həlli istiqamətində tezliklə işlər görüləcək".скачать dle 11.3
Mojo.az Banner