Mojo.az Banner
00:53 Bakıda su PROBLEMİ - Məhdudiyyətin SƏBƏBİ AÇIQLANDI  |     00:52 Vəhşicəsinə döyülən 83 yaşlı qadın xəstəxanada öldü - Oğlu saxlanıldı  |     20:02 Rusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü  |     19:57 Bakıda tuneldə xaotik vəziyyət: Aparılan yeni xətlənmə yolda sıxlığa və çaşqınığa səbəb olur (Video)  |     19:49 Bakıda modelin döşəyin altında gizlətdiyi pullar oğurlandı  |     19:43 "Bir qəpiyə yumurta sabah olacaq" (Video)  |     19:38 Saatlıda 16 yaşlı qız zəhərlənib öldü  |     19:32 Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır - RƏSMİ  |     19:27 İt və ya pişiklə bir yerdə yatanlar DİQQƏTLİ OLUN  |     19:19 Boşanmaq çarə olmadı: Keçmiş həyat yoldaşı ilə evlənənlərin sayı açıqlandı  |     19:13 “Bütün xalqımızdan üzr istəyirik” - Arda Gülər  |     19:05 Göygöldə mikroavtobus aşdı: xəsarət alanlar var  |     19:00 Təhsildən kütləvi ayrılma: 13 min tələbə niyə oxumaqdan imtina etdi?  |     18:52 Ötən il neçə saxta diplom aşkarlanıb?  |     18:47 Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq?  |     18:39 Səhər yeməyində yumurtanı necə əvəz etmək olar? - Proteinlə zəngin 7 variant  |     18:35 Sabah 9-cu siniflər üçün bir sıra imtahanlar keçiriləcək  |     18:30 Bazar gününün - Havası  |     18:25 Bu görüntüləri gündəm oldu - Video  |     18:20 Gəncədə 20 yaşlı qız dərmandan zəhərləndi  |    
Left Banner
Right Banner

Nazirin göstərişi ilə DYP-nin iki şöbə rəisi Lənkərana getdi – SƏBƏB

25.01.2019 23:49 1 784
Nazirin göstərişi ilə DYP-nin iki şöbə rəisi Lənkərana getdi – SƏBƏB
Daxili işlər naziri general-polkovnik Ramil Usubovun göstərişi ilə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev, ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev və Lənkəran rayon polis şöbəsinin rəisi polis polkovniki İslam Hümbətovun iştirakı ilə ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.

Median.az
xəbər verir ki, görüşün keçirilməsində əsas məqsəd Lənkəran sakinləri tərəfindən yol hərəkətinin təhlükəsizliyi ilə bağlı DİN-ə ünvanlanan təklif və müraciətlərin yerində araşdırılması, habelə vətəndaş məmnunluğunun təmin edilməsi ilə əlaqədar qaldırılan məsələlərin operativ şəkildə həll edilməsi olub.

Görüşdə vətəndaşlara yol hərəkəti təhlükəsizliyi ilə bağlı görülən tədbirlərin effektivliyi, Lənkəran rayonu ərazisində yol nəqliyyat hadisələrinin, eləcə də ölən və yaralananların sayının kəskin azalmasının bunun bariz nümunəsi olması izah edilib. Vətəndaşlar da verilən izahatlardan razı qalıblar.

Eyni zamanda əsaslı və əsassız müraciətlər barədə polis tərəfindən verilən izahatlardan razılıq edən vətəndaşlar DİN rəhbərliyinə öz təşəkkürlərinin çatdırılmasını xahiş ediblər.скачать dle 11.3
Mojo.az Banner