Mojo.az Banner
17:35 Kamçatkada güclü zəlzələ oldu  |     17:30 Azərbaycan donor ölkəyə çevrilib - BMT-dəki nümayəndəmiz  |     16:38 Bakıda kişi telefona çox baxan arvadını döydü  |     16:32 Ceyhun Bayramov və Baxtiyar Saidov telefonla danışdı  |     16:20 Pakistanda ardıcıl partlayışlar: Yeddi nəfər öldü  |     16:18 Pakistanda ardıcıl partlayışlar: Yeddi nəfər öldü  |     15:29 Rafael Fiziyev Bakıda  |     15:13 Flora Kərimova xəstəxanadan evə buraxıldı  |     15:02 "Azərbaycanda 200 tələbə vəfat edib" məsələsinə RƏSMİ REAKSİYA - FOTO  |     14:58 Füzulidə 15 yaşlı oğlan kanalda boğuldu  |     14:55 Azərbaycandan tranzit keçməklə Ermənistana 490 ton buğda göndərilib (Yenilənib)  |     14:53 Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI  |     14:11 Azərbaycanda oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı AÇIQLANDI  |     14:09 Avtobuslarda kondisioner problemi: Sərnişinlər çətin vəziyyətdə - Video  |     14:08 Məktəbə başlayan hər min şagirddən səkkizinin təhsil taleyi naməlumdur - RƏSMİ  |     13:57 Azərbaycanda hərbçi faciəli şəkildə öldü (Yenilənib)  |     13:55 Bakıda küçədə kişini ürəyindən bıçaqlayıb öldürdülər  |     13:21 Hidayət Heydərov "Böyük Dəbilqə"dən kənarda qaldı - SƏBƏB  |     13:16 Özünü prokurorluq işçisi kimi təqdim edən şəxs HƏBS OLUNDU  |     13:00 Fransada təyyarə qəzaya uğradı: Ölənlər var  |    
Left Banner
Right Banner

Su polisi kütləvi şəkildə balıqları məhv edənləri yaxaladı - VİDEO

25.01.2019 13:23 2 031
Su polisi kütləvi şəkildə balıqları məhv edənləri yaxaladı - VİDEO
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin BQM-nin və BEMB-nin İmişli XPM-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz balıq ovu ilə məşğul olan bir neçə şəxs yaxalanıb.

İdarədən verilən məlumata görə, 1994-cu ildə İmişli rayonunun Gövhərli kəndində anadan olan Cəfərov Əlirza Fəramiz oğlu, həmin kənddə pasport qeydiyyatında olan və yaşayan Qarayev Qara Mahir oğlu İmişli rayonu Xəlfəli kəndi istiqamətində Araz çayı ilə Baş Mil-Muğan Kollektorunu birləşdirən kanaldan qanunsuz balıq tutarkən saxlanılıblar.

Yoxlama zamanı onlardan bir ədəd rezin qayıq, iki ədəd avar, bir ədəd akkumulyator, bir ədəd gərginlik artıran cihaz, üç hissəsində elektrik naqili bağlanmış “domça” adlandırılan balıqovlama vasitəsi və ümumi çəkisi 5,5 kq olan 27 ədəd durna balığı, səkkiz ədəd dabanbalığı və iki ədəd lilbalıq balıqları aşkar edilərək, maddi sübut kimi götürülüb.

Adları çəkilən şəxslər Azərbaycanın müvafiq qanunvericiliyinə zidd olaraq elektrik avadanlığı ilə balıqları kütləvi şəkildə məhv edərkən yaxalanıblar. Onlar su polislərini gördükləri an işlək vəziyyətdə olan elektrik avadanlığını suya atıblar.

Sonradan həmin avadanlıq taxta vasitəsilə sudan çıxarılıb. Əvvəllər bu cür kustar üsulla hazırlanmış elektrik avadanlığı ilə brakonyerlər balıq tutmaq istəyərkən dəfələrlə ölüm hadisəsi baş verib və həmin aparat özlərini vurub öldürüb.


скачать dle 11.3
Mojo.az Banner