Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda soğan niyə bahalaşıb: Suriyaya satırlar? - ARAŞDIRMA

25.01.2019 12:54 4 817
Azərbaycanda soğan niyə bahalaşıb: Suriyaya satırlar? - ARAŞDIRMA
Bir neçə gündür ki, Bakı bazarlarında soğanın qiyməti qalxır, artıq bir kiloqramının topdan satış qiyməti 60 qəpiyə yüksəlib.

Pərakəndə ticarətçilər isə onu 70-80 qəpiyə satırlar.

Soğan niyə bahalaşıb?

Ticarətçilər deyirlər ki, Azərbaycanda keyfiyyətli və sağlam soğan qıtlığı yaranıb. Çünki yararlı soğan Türkiyəyə satılır və hazırda qonşu ölkədə soğanın kiloqramı Azərbaycan valyutası ilə 1 man 80 qəpiyədir. Üstəlik, informasiya bununla da kifayətlənmir, deyilənə görə, Türkiyə bazarına gedən soğanın bir hissəsi isə oradan Suriya bazarına göndərilir.

Ümumiyyətlə, Azərbaycandan soğan almaq istəyənlər çoxdur, amma sağlam soğan tapılmır. Bu sahə ilə məşğul olanlardan əldə etdiyimiz məlumata görə, ölkədə, əslində, bol soğan var, ancaq bizim soğanımız xəstə olduğundan xaricə göndərə bilmirik. Belə ki, soğanda fermerlər arasında “kartof xəstəliyi” adlanan xəstəlik aşkar edilib.

Bu xəstəliklərin mənbəyi isə kartof, soğan əkilən torpaqlardır. Torpaqlarda xəstəliyə qarşı mübarizə tədbirləri aparılmadığından ziyanverici becərilən məhsulun kökündə yaşayır. Soğan 100 dərəcədə bişdiyindən bu xəstəlik insan orqanizmi üçün təhlükə yaratmır, ancaq xarici alıcı bizim kimi nə gəldi yemir, onların standartları və normativləri var.

Ona görə də dünən Qida Təhlükəsizliyi Agentliyi də sahibkarlara müraciət edərək, göndərdikləri soğanın tərkibinə qarşı diqqətli olmağa çağırdı və xəstəliyin adını da açıqladı.

“Ölkədən Türkiyəyə ixrac olunan soğan Azərbaycan mənşəli olmalı, kartof gövdə nematodu, gövdə nematodu və soğanın ağ çürüməsi zərərli orqanizmlərinə sirayətlənməməlidir”.

İxracla məşğul olan adamlar deyir ki, Türkiyəyə satdıqları, əsasən, Özbəkistan soğanıdır, amma indi Özbəkistandan soğan almaq olmur, çünki bu ölkənin özündə tələbat yüksəlib. Ümumiyyətlə, dünyada soğan istəyən idxalçılar çoxdur, amma Azərbaycan ixracatçıları tələbi ödəyə bilmir, çünki sağlam soğan tapmır. Səbəb isə budur ki, Azərbaycanda soğan düzgün əkilmir, saxlamaq üçün texnoloji anbar sistemi yoxdur. Məhsulu sahədən vaxtında yığmırlar və düzgün saxlamırlar, hamısı tövlədə, anbarda, sahədə qalır, bu isə xəstəlikdir.

“İnsanlara soğan, kartof əkməyi öyrətmək lazımdır, əkdikləri məhsullar, onların xəstəlikləri haqqında heç nə bilmirlər. Ölkədə bir neçə nəfər pul qoyub anbar tikdirən adamda sağlam soğan var. Ağdamın Dördyol ərazisində isə soğan doludur, əvvəl kisəsini üç manata deyirdilər, indi altı manata verirlər. Amma alan yoxdur, çünki xəstədir”, - soğan bazarının iştirakçılarından biri deyib.//oxu.azскачать dle 11.3
Mojo.az Banner