Mojo.az Banner
13:13 Qadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"  |     13:04 Qusarda toydan çıxan qonaqlar arasında dava: Xəsarət alan var  |     12:27 Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"  |     12:22 Məşhur yunan müğənni 54 yaşında öldü  |     12:20 Xocalıda mina partlayıb, ANAMA əməkdaşı xəsarət alıb (Yenilənib)  |     12:14 Şəkidə istirahət mərkəzində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb  |     12:11 Azərbaycan neftinin qiyməti 113 dolları keçib  |     12:09 Dərindən nəfəs ala bilməmək təhlükəli xəstəliklərin əlaməti ola bilər  |     12:07 UEFA Çempionlar Liqasında birinci tur həyəcanı yekunlaşır  |     11:59 ABŞ-də ən böyük kriptovalyuta oğurluğu: 22 yaşlı haker 245 milyon dollarlıq "Bitcoin" ələ keçirdi  |     11:47 Bakıda toy zamanı transformator yandı, məclis yarımçıq qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO  |     11:44 KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb  |     11:41 Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"  |     11:40 Dövlət işçilərinə maaş əlavələri və mükafatlar necə veriləcək? - Yeni qaydalar  |     11:34 İmişlinin bəzi ərazilərində qaz olmayacaq  |     11:27 Gəncədə yeniyetmə bıçaqlandı, şübhəli şəxs saxlanıldı  |     11:25 Bu tarixdən taksi qiymətləri BAHALAŞACAQ  |     11:18 Azərbaycanın sabiq baş konsulu külli miqdarda qızıl qaçaqmalçılığında ittiham olunur  |     23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |    
Left Banner
Right Banner

Hicablı qız nişanlısından halallıq alıb yoxa çıxdı - Anası və qardaşından ŞOK ETİRAFLAR

23.01.2019 21:32 1 953
Hicablı qız nişanlısından halallıq alıb yoxa çıxdı - Anası və qardaşından ŞOK ETİRAFLAR
8 gün öncə İsmayıllıda yoxa çıxan nişanlı qızı Balayeva Aynurənin anası və qardaşı "Səni axtarıram" verilişinə marasqlı açıqlamalar veriblər

Median.az
-ın Baku.ws-ə istinadən məlumatına görə, yoxa çıxan qızın anası övladını 24 yaşlı qohumu ilə 1 il öncə məcbur nişanladırdığını etiraf edib:

"Oğlan mənim qohumum düşür. Qızım istəmirdi. Amma mən istədim qızım xoşbəxt olsun. Balamı qeyrətlə-namusla istəyirdim köçürüm. İstəmirdim yadların əlinə düşsün. Heç bir xəbər yoxdur balamdan. Qapalı qız idi, rəfiqəsi də yox idi. Evdən çölə çıxan deyildi. Telefona qapanmışdı. Elə qız idi ki, su da içəndə halallıq alırdı.

Bu ayın 13-ü nişanlısı bizdə olub.16-sı da o, yoxa çıxdı. Yeni il qabağı deyirdi ki, oğlanla xasiyyətləri düz gəlmir, ürəyinə yatmır".

Qeyd edək ki, 2016-cı ildən ibadətlə məşğul olduğu deyilən Aynurə, evdən gedərkən hicabda olub.

Aynurənin qardaşı isə bacısının axşam hamı kimi yatmaq üçün yerinə girdiyini qeyd edib:

"Sonuncu dəfə onu görəndə gecə saat 1-də yatmışdı. Səhərə yaxın da yoxa çıxıb. Səhər 5-in yarısı olardı bacısına səsli mesaj atıb. Sonra nömrəsinə zəng çatmadı.

Saat 7-də də mən oyanmışam. Yuxuda gördüm ki, bacım küçədə qadınlarla mübahisə edir. Onun səsi qulağıma gəldi, oyandım. Durub baxdım ki, yoxdur. Qapının ağzından telefonunun qapağını, qırılmış nömrə tapdım. Şəxsiyyət vəsiqəsini də özü ilə aparıb".

Verilişin əməkdaşlarına zəng edən iki şəxs Aynurəni Gəncədə gördükləri barədə məlumat veriblər.

Qeyd edək ki, Aynurə ailənin sonbeşiyidir. Atası rəhmətə gedən itkin qızın bir bacı, bir qardaşı da var.скачать dle 11.3
Mojo.az Banner