Mojo.az Banner
12:40 Yaponiya və Koreya vətəndaşları bu gündən Azərbaycana vizasız gələcəklər  |     12:39 Azərbaycan nefti ucuzlaşıb  |     12:36 Tovuza sərnişin aparan şəxs gecələmək istədi, ÖLDÜRÜLDÜ - QƏTLİN TƏFƏRRÜATI (Yenilənib)  |     12:28 Azərbaycanda qadınların pensiya yaşı artırıldı  |     12:26 DÇ-2026-da pley-off həyəcanı davam edir: İngiltərə Konqoya, Belçika Seneqala qarşı  |     12:01 Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb - FOTO  |     11:58 İsti hava telefonunuzu sıradan çıxara bilər: Diqqət etməli olduğunuz dörd əlamət  |     11:55 Azərbaycan ilk dəfə baytarlıq vaksini istehsal edəcək  |     11:54 Tanınmış türkiyəli müğənninin qardaşı həbs edildi  |     11:45 Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində olub - FOTO  |     11:42 Venesuelada zəlzələdən sonra dağıntılar altında sağ qalanlar var  |     11:17 "BakıKart"ın qiyməti ARTDI  |     23:01 Alqoritmi özünüz idarə edəcəksiniz - İnstaqramdan yenilik  |     22:54 Məktəb qarşısında təhlükə yaradan sürücü cəzalandırıldı - Video  |     22:48 Bu ölkədə nəm salfetlərin satışı qadağan ediləcək: Səbəb nədir?  |     22:42 TƏBİB-ə işə düzəltmə adı ilə dələduzluq  |     22:41 İcra Hakimiyyəti şəhid anasının probleminə biganə yanaşır - ŞİKAYƏT  |     22:35 Turistlər Azərbaycana ən çox nə üçün gəlir?  |     22:24 Azərbaycanın tənhaları - Sayı açıqlandı  |     22:15 WhatsApp istifadəçilərə telefon nömrəsi əvəzinə istifadəçi adı ilə əlaqə yaratmaq imkanı verəcək  |    
Left Banner
Right Banner

2 nəfərin ölümünə səbəb olan polis əməkdaşı məhkəmədə ifadə verdi

23.01.2019 19:32 1 951
2 nəfərin ölümünə səbəb olan polis əməkdaşı məhkəmədə ifadə verdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Median.az
report-a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Sabir Abdinov ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə X.Məmmədov özünü təqsirli bilmədiyini söyləyib.

O, sərbəst ifadəsində deyib ki, hadisə zamanı avtomobili idarə edərkən sürət həddini aşmayıb: "Nə də ki, qəzadan sonra oradan qaçmamışam".

X.Məmmədov hadisə haqqında danışarkən həmin günü işdən çıxıb, evə getdiyini qeyd edib: "Yolda qarşıdan gələn "Mercedes" markalı avtomobil qəfildən mənim yoluma çıxdı və maşınımı vurdu. Öz maşınımı saxlamaq imkanım yox idi, məni yolumdan vurub çıxardı. Sonra avtomobilim dərəyə düşdü. Bu zaman avtomobilim yanırdı, içərisindən özümü güclə çıxardım, dərhal da təcili tibbi yardıma zəng elədim. Digər maşında olan rəhmətliklərin meyitlərini çıxardım. Sonra polisə zəng elədim və hadisə barədə məlumat verdim. Səhər saat 4-ə kimi Abşeron Rayon Polis İdarəsində olmuşam".

Təqsirləndirilən şəxs ifadəsinin davamında Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsi rəisinin onunla şəxsi qərəzlik apardığını iddia edib: "Binəqədi rayon istintaqının rəisi Həsrət müəllim mənimlə prinsipə düşdü. Ona görə də işi belə qurublar. Həsrət müəllim otağında mənə dedi ki, "sənə köməklik etmək istəyirik, amma bilmirik necə edək". Mən də günahsız olduğumu dedim. O isə hadisə yerindən qaçdığımı bildirdi. Dedim ki, "əgər qaçmışamsa, görüntüyə baxın". Sürət həddi 60-70 olub, avtomobilimi yüksək sürətlə idarə etməmişəm. Şahidlər var, onlar da təsdiq edə bilər. O isə cavabında qeyd etdi ki, "şahidlərə fikir verən yoxdur, istəsəm yalançı şahidlər də gətirə bilərəm". O, mənim bahalı maşın aldığımı, Polis Akademiyasında oxuduğumu söylədi. Mən Binəqədi rayonunda yanan binada uşaqları xilas etdiyim üçün cənab nazirimiz məni Polis Akademiyasında oxumağa göndərmişdi. Mən ona akademiyaya pul verib, getmədiyimi bildirdim".

Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib.

Qeyd edək ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi "Range Rover" markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi "Ford" markalı avtomobil toqquşub. Qəza nəticəsində "Ford"un sürücüsü və sərnişini - Orxan Orucov ilə Rahib Əliyev hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman "Range Rover"in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.скачать dle 11.3
Mojo.az Banner