Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

DTX: Mədət Quliyevin sosial şəbəkələrdə heç bir səhifəsi yoxdur

23.01.2019 11:29 3 652
DTX: Mədət Quliyevin sosial şəbəkələrdə heç bir səhifəsi yoxdur
Sosial şəbəkələrdə, o cümlədən “Facebook”da Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevə aid olduğu bildirilən saxta səhifələrin yaradılmasına cəhdlər müşahidə olunur.

Median.Az
xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi “Facebook” səhifəsində yer alan məlumatda bildirilir:

“Bununla əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi bildirir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevin sosial şəbəkələrdə heç bir səhifəsi, profili və akkauntu mövcud deyil! Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin adından sosial şəbəkələrdə yaradılmış bütün səhifələr saxtadır!

Bir daha diqqətə çatdırılır ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinin adından, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır! Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi www.dtx.gov.az səhifəsindəki DTX-nin rəsmi “Facebook”, “Twitter” və “Youtube” hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud həmin rəsmi səhifə və kanallara abunə yazılmaqla məlumatları əldə etmək olar”.скачать dle 11.3
Mojo.az Banner