Mojo.az Banner
13:21 Hidayət Heydərov "Böyük Dəbilqə"dən kənarda qaldı - SƏBƏB  |     13:16 Özünü prokurorluq işçisi kimi təqdim edən şəxs HƏBS OLUNDU  |     13:00 Fransada təyyarə qəzaya uğradı: Ölənlər var  |     10:03 Qiyməti ucuz, yoxsa keyfiyyəti zəif? Sosial evlərlə bağlı həqiqətlər  |     09:54 2030-cu il haqqında yayılan iddialar nə dərəcədə realdır?  |     23:02 Culfa sakini dəm qazından boğularaq ölüb  |     22:58 Bakıda kişi telefona görə sevgilisini vəhşicəsinə döydü  |     22:33 AQTA “Yummy Catering” MMC-yə məxsus ictimai iaşə obyektində nöqsanlar aşkarlayıb  |     22:30 Övladlığa götürülən 11 yaşlı uşaq, 38 yaşlı dələduz çıxdı - Film kimi HƏYAT  |     22:16 Arvadını bacısı kimi təqdim edirmiş... – Bakıda film kimi dələduzluq  |     22:12 Azərbaycanda 3 dövlət qurumuna elektron siqaretlərlə bağlı protokol tərtib etmək səlahiyyəti verilib  |     22:10 Mopedlərin qeydiyyatı və texniki baxışı üçün rüsum bu qədər olacaq  |     22:07 27 yaşlı Vüsal, yeniyetmə uşaqlar tərəfindən qətlə yetirildi  |     22:01 Çingiz Əsgərov Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı işi üzrə qərarına etiraz edib  |     21:22 Öləndə öz orqanları ilə başqalarına həyat vermək istəyənlər nə etməlidirlər? - Video  |     21:17 Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib  |     21:16 ABŞ-İran razılaşmasının GİZLİNLƏRİ  |     21:07 Qeyri-etik hərəkətləri ilə məşhurlaşmış "həkim" barəsində yeni ŞİKAYƏT - Video  |     20:35 Qətl törətdikdən 11 il sonra tutulan şəxsə HÖKM OXUNDU  |     20:33 Anar İsrafilov vəzifədən getdi  |    
Left Banner
Right Banner

Mehman Hüseynov prezident İlham Əliyevə müraciət ünvanlayıb - MƏTN

21.01.2019 16:18 5 434
Mehman Hüseynov prezident İlham Əliyevə müraciət ünvanlayıb - MƏTN
Həbsdə olan bloqer Mehman Hüseynov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Median.Az-
ın Report-a istinadən xəbərinə görə, yanvarın 20-də imzalanmış müraciətdə deyilir:

“Hörmətli cənab Prezident,

Mən Mehman Hüseynov, iki ilə yaxındır cəza çəkirəm. Bu müddət ərzində cəzaçəkmə müəssəsinin əməkdaşları ilə aramda hər hansı xoşagəlməz hadisə olmayıb. Həmişə çalışmışam rejimə əməl edim.

Lakin keçən il 26 dekabrda cəza çəkdiyim müəssisədə insident baş verdi və bu hadisəyə görə mən günahlandırılmışam. Hadisə barədə geniş yazıb vaxtınızı almaq istəməzdim. Sadəcə, onu demək istəyirəm ki, baş vermiş hadisədə mənim günahım yoxdur. Mən həbsxana əməkdaşını vurmamışam.

2 mart tarixində mənim cəzamın vaxtı bitir. Mən bu tarixi çox gözləmişəm. Təzədən məhkum olunmaq, yeni cəza almaq istəmirəm. Mən əvvəllər də dediyim kimi, kiminsə hərəkətinə görə məsuliyyət daşımıram.

Amma kiminsə mənim vəziyyətimdən özü üçün istifadə etməsini də istəmirəm. Məni yalnız bir şey maraqlandırır. Azadlığa çıxmaq. Mənə yeni cəza verilsə, bu, tək qalmış 70 yaşlı atam üçün böyük zərbə olacaq. Onun üçün məni bu vəziyyətdə görmək, tez-tez gəlib mənə baş çəkmək çox çətindir.

Sizdən xahiş edirəm, araşdırmanın düzgün araşdırılmasına göstəriş verəsiniz. Sizin müdaxiləniz olsa, əminəm ki, mənim işim üzrə qərar ədalətli olacaq”.скачать dle 11.3
Mojo.az Banner