Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Daxili İşlər Nazirliyinin bəzi funksiyaları əlindən alınıb? - RƏSMİ CAVAB

19.01.2019 16:25 4 274
Daxili İşlər Nazirliyinin bəzi funksiyaları əlindən alınıb? - RƏSMİ CAVAB
"Bəzi xəbər saytları ölkə Prezidentinin 2019-cu il 17 yanvar tarixli "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına qeyri-peşəkar şərhlər verərək oxucularda çaşqınlıq yaradırlar".

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov trend-ə bildirib. Mətbuat Xidməti rəisinin sözlərinə görə, "DİN-in bu hüquqları əlindən alındı” sərlövhəli həmin şərhlərdə iddia edilir ki, guya bundan sonra Daxili İşlər Nazirliyi şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə və yaşayış yeri üzrə qeydiyyat haqqında arayışların verilməsi funksiyalarını həyata keçirə bilməyəcək:

"Bir daha diqqətə çatdırırıq ki, qeyd edilən sənədləri məhz Daxili İşlər Nazirliyinin "ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən əməkdaşları hazırlayıb vətəndaşlara təqdim edir və bu vəzifələrin icrası gələcəkdə də davam edəcək. Yəni, yuxarıda göstərilən sənədlər "ASAN xidmət” mərkəzlərinin yerləşdiyi şəhər və rayonlarda həmin mərkəzlərdə xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən veriləcək".

E.Zahidov qeyd deib ki, müvafiq funksiyalar "ASAN xidmət” mərkəzlərinin olmadığı inzibati ərazi vahidlərində də Daxili İşlər Nazirliyinin şəhər, rayon polis orqanları və regional qurumları tərəfindən həyata keçiriləcək.

Son xəbərlər