Mojo.az Banner
18:30 Xocavənddə mina partlayışı: Xəsarət alan var  |     18:17 Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi  |     18:10 İsveçdə məktəbə silahlı hücum: Xəsarət alanlar var  |     18:00 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     17:39 UEFA və KONKAKAF birgə Millətlər Liqasının yaradılmasını müzakirə edir  |     17:30 Bakıda ən bahalı mənzil 10 milyon, ən ucuz mənzil 30 min manatdır (FOTO)  |     17:12 Agentlik məktəbli geyimləri ilə bağlı valideynlərə müraciət edib  |     16:55 Alimlər Günəşdə güclü partlayış qeydə alıblar - Maqnit fırtınası təhlükəsi  |     16:44 Kirayə evlərin qiyməti niyə ucuzlaşmır?  |     16:42 Seyran Hüseynova general-mayor rütbəsi verildi - FOTO  |     16:41 Qubada bağ sahəsi yanıb  |     16:27 Psixiatriya xəstəxanasında meyit tapıldı  |     16:14 Səhvən sirkə turşusu içdi, xəstəxanalıq oldu  |     15:57 Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO  |     15:56 Məhkəmə məşhur türkiyəli müğənni Mabel Matizlə bağlı qərar verdi  |     15:45 Salyanda qəza, ölən var  |     15:29 Avropada təbii qaz bahalaşır: Qiymətlər 800 dollardan yuxarı qalxdı  |     15:28 Sumqayıtda istirahət mərkəzində QADIN ÖLDÜ  |     15:17 KMBİ maliyyə təşkilatları adından saxta kredit səhifələri yaradan şəxsi saxladı - Video  |     15:03 Samuxda qarayara ilə bağlı epidemioloji VƏZİYYƏT AÇIQLANDI  |    
Left Banner
Right Banner

Bakıda güclü külək məktəblərə ziyan vurub - RƏSMİ

18.01.2019 12:49 2 951
Bakıda güclü külək məktəblərə ziyan vurub - RƏSMİ
Yanvarın 17-si güclü külək nəticəsində paytaxtdakı bəzi ümumi təhsil müəssisələrinə müəyyən dərəcədə ziyan dəyib.

Bu barədə oxu.az-a Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 188 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi güclü külək nəticəsində uçub:

“Bununla əlaqədar müvafiq qurumlara məlumat verilib. Xəsarət alan olmayıb. Ərazi nəzarətdə saxlanılır. Həmçinin, güclü külək nəticəsində 97, 165, 228 nömrəli tam orta məktəblərin dam örtüyü müəyyən dərəcədə zədələnib, 197 nömrəli tam orta məktəbin qazanxanasının dam örtüyünün bir hissəsi uçub, 139 nömrəli tam orta məktəbin idman zalının pəncərəsi, bəzi məktəblərdə bir neçə sinif otağının pəncərəsi sınıb, 126, 14, 253 nömrəli tam orta məktəblərin ərazisində olan bir neçə ağac aşıb. Xəsarət alan olmayıb, hazırda həmin ərazilər nəzarətdə saxlanılır”.

Qeyd edək ki, hava şəraiti ilə bağlı BŞTİ-də Qərargah yaradılıb. Qərargahın yaradılması ilə bağlı bütün məktəb direktorları öncədən məlumatlandırılıb, xüsusi hallara dair hərəkət təlimatı verilib.

Qərargah 24 saat fəaliyyət göstərir. Hər hansı xüsusi hal baş verdikdə məktəb rəhbərləri Qərargah üçün müəyyən edilmiş əlaqə vasitələrinə dərhal məlumat verirlər.скачать dle 11.3
Mojo.az Banner