Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:05 Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu | 17:34 Qonşu həyətdən meyvə yığan kişi bədbəxt hadisədə öldü | 17:23 Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - Foto | 17:06 Bakıda qadın "TikTok"da canlı yayımda öldü | 17:05 ABŞ, Rusiya və Ukrayna arasında danışıqları Moskva təsdiqlədi | 17:00 "Bitcoin"in qiyməti kəskin azalıb | 16:57 Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittiham olunduğu maddələr bilindi | 16:56 Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim" | 16:53 Naxçıvanla bağlı yeni qərar: Kimlər aerportlarda VIP-dən istifadə edəcəklər? | 16:52 Prezidentdən Dövlət Ehtiyatları Agentliyi ilə bağlı fərman | 16:26 İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi | 16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) | 15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA | 15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib |
Mojo.az Avto
Mojo.az Avto

Polşa səfirliyindən Şengen vizası ilə bağlı yayılmış məlumatlara REAKSİYA

15.01.2019 14:02 1 829
Polşa səfirliyindən Şengen vizası ilə bağlı yayılmış məlumatlara REAKSİYA
Polşanın Azərbaycandakı səfirliyi bu ölkəyə Şengen vizası almaq istəyən şəxslərin üzləşdikləri problemlərə aydınlıq gətirib.

Median.Az report-a istinadən xəbər verir ki, səfirlikdən verilən məlumatda bildirilir ki, diplomatik nümayəndəliyin heç bir şirkət və ya şəxsin Polşanın Azərbaycandakı diplomatik korpusundakı elektron konsulluq sistemində viza ərizəsi vermək üçün qeydiyyatdan keçmək üçün heç bir ödəniş haqqı götürməyə hüququ yoxdur.

"Qeydiyyat pulsuzdur və yalnız www.e-konsulat.gov.pl saytına daxil olmaqla qeydiyyatdan keçmək mümkündür. Viza sistemində yerləri sifariş etməklə sonra satmaq və ya maraqlı şəxslərə ötürmək yalnız sistemin bloklanmasına səbəb olur və buna görə də qeydiyyatdan keçmək və görüş götürmək mümkün olmur. Səfirlik belə bir prosedurun olması barədə siqnallar aldığından bütün bu cür hallar Polşaya viza almaq istəyən Azərbaycan vətəndaşları və digər ölkələrin Azərbaycandakı vətəndaşları tərəfindən polisə bildirilməlidir", - deyə səfirlikdən vurğulanıb.

Qeyd edək ki, ötən gün kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Polşanın Azərbaycandakı səfirliyinin qarşısına Şengen vizası almaq istəyən şəxslərdən ibarət böyük növbələrin yarandığını əks etdirən videolar yayılıb.

Son xəbərlər