Mojo.az Banner
16:55 Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)  |     16:47 40 yaşlı Ledi Qaqa ilk dəfə ana oldu  |     16:42 1200 manatdan 36 min dollaradək - Azərbaycanda əcnəbi tələbələrə təhsil haqqı  |     16:34 Bu yay dənizdə batan tanınmış azərbaycanlılar (SİYAHI)  |     16:28 Daha çox su içdikdə orqanizmdə hiss edəcəyiniz 5 dəyişiklik (ARAŞDIRMA)  |     16:23 Ötən gün 9 odlu silah aşkarlanıb  |     16:15 Ətirli yoqurtlar qanda şəkərin səviyyəsinə necə təsir edir?  |     16:10 34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı  |     16:03 Cinayətdə şübhəli bilinən 45 nəfər saxlanıldı  |     15:58 Krımda 45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - FOTO  |     15:53 Azərbaycanlı bacı-qardaş Rusiyada faciəli şəkildə öldü - VİDEO  |     15:46 Ağdərədə atla minaya düşən şəxs danışdı - VİDEO  |     15:42 Bakıda dostların zarafatı məhkəmədə bitdi  |     15:34 "Real Madrid" onunla bağlı son qərarını verdi  |     15:29 Bu şəxslərin maaşı 35 faiz artacaq  |     15:23 Bu sahədə maaşlar 4 min manatdan yuxarıdır  |     14:56 Hikmət Hacıyev erməni saxtakarlığını belə ifşa etdi - VİDEO  |     14:54 Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb  |     14:39 Yol polisi sürücülərə müraciət etdi  |     14:29 Qayınanası şillə vurduğu üçün arvadını boğdu - Ağstafadakı dəhşətli cinayətin təfərrüatı  |    
Mojo.az Avto
Mojo.az Avto

Kamran Əliyev: Daş karxanaları dövlətə 21 milyon manat ziyan vurub

15.01.2019 13:00 2 347
Kamran Əliyev: Daş karxanaları dövlətə 21 milyon manat ziyan vurub
2018-ci ildə daş karxanalarının fəaliyyətinə nəzarət gücləndirilib.

Bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisi Kamran Əliyev 2018-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, uzun müddət bu sahə nəzarətdən kənarda qalmışdı:

“Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəyə təyin edildikdən sonra bu məsələ nəzarətə götürülüb:

“Nazirlikdən göndərilən material əsasında prokurorluq tərəfindən 26 şəxs barəsində 21 cinayət işi istintaq edilərək məhkəməyə göndərilib. 21 milyon manatdan artıq ziyanın vurulması müəyyən edilib. 10 milyon 500 mindən artıq vəsaitin dövlət hesabına ödənilməsi təyin edilib”.

Kamran Əliyev qeyd edib ki, 1 milyon 250 min manatdan artıq əmlaka həbs qoyulub.

“Əhəng daşı karxanalarında yeddi cinayət işi istintaq edilərək məhkəmələrə sənəd göndərilib”, -deyə baş prokurorun müavini bildirib.//oxu.azскачать dle 11.3
Mojo.az Banner