Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |     11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |     11:28 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü (Yenilənib)  |     11:25 İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"  |     11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Kamran Əliyev: Korrupsiyaya görə 17 nəfər vəzifəsindən azad edilib

15.01.2019 12:02 1 976
Kamran Əliyev: Korrupsiyaya görə 17 nəfər vəzifəsindən azad edilib
Əvvəlki dövrlərdə olduğu kimi hesabat ilində korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib:

Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisi Kamran Əliyev 2018-ci ilin yekunlarına dair mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, 32 xüsusat üzrə inzibati pozuntu aşkar edildiyindən İnzibati Xətalar Məcəlləsinin 54, 192.1 və 198.0.1-ci maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək aidiyyəti üzrə məhkəmələrə göndərilib:

“Araşdırılması üçün aidiyyəti qurumlara göndərilmiş müraciətlər üzrə aparılmış xidməti yoxlamalar nəticəsində vəzifəli şəxslərin hərəkətlərində aşkar edilmiş cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 25 vəzifəli şəxsə xəbərdarlıq edilib”.

Kamran Əliyev bildirib ki, 16 vəzifəli şəxsə töhmət verilib:

“Üç vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib, 17 nəfər isə vəzifəsindən azad edilib. Habelə, araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədi ilə müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 157 təqdimat göndərilib”.//oxu.az

Son xəbərlər