Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ-da azərbaycanlı güllələndi - FOTO/VİDEO

15.01.2019 12:24 5 414
ABŞ-da azərbaycanlı güllələndi - FOTO/VİDEO
ABŞ-ın Şimali Karolina ştatının Şarlotta şəhərinin qərbində mobil telefon dükanının sahibi öz dükanında ölü tapılıb. Qatil hələ ki saxlanılmayıb.

Median.Az
“fox46charlotte”a istinadən xəbər verir ki, yaxınlıqda yerləşən bərbər dükanının işçiləri meyiti aşkar etdikdən sonra polisə xəbər veriblər və hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları 29 yaşlı Elçin Xəlilovun təxminən saat 11:00 radələrində öldürüldüyünü müəyyən ediblər.

Silahlı şəxs dükana nağd pul və mobil telefonlar üçün basqın etsə də, bu E.Xəlilovun boynundan güllə yarası alaraq ölməsilə nəticələnib.

Qeyd edək ki, əslən azərbaycanlı olan E.Xəlilov N.Sharon Amity Rd., 3100 ünvanında yerləşən dükanın sahibi olub.

“O, yerdə uzanmışdı, qanı axırdı, mən qışqırdım və ağlayaraq “yardım edin” deyib köməyə çağırdım”, - deyə şəxsiyyətini açıqlamaq istəməyən bir qadın deyib.

O, dostu olan dükan sahibini qapının ağzında yerdə uzanmış halda tapıb.

Cinayətkarın mağazanı qarət etdiyi bildirilib.





Son xəbərlər