Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |    
Mojo.az Avto
Mojo.az Avto

"Keçən il məni burada maşın vurdu" - Övladını məktəbə yola salan valideynlərin QORXUSU - VİDEO

10.01.2019 13:05 2 131
Valideyn övladını məktəbə göndərkən fikri də onun yanında qalır. Yolu necə keçdi? Rahat çatdımı? Bu və digər formada narahatlıq yaşayır. Bu səbədəndir ki, məcbur qalıb maşınla özü aparır və nəticədə günün pik saatlarında məktəbyanı ərazilərdə aləm bir-birinə qarışır.

Median.Az
ARB TV-yə istinadən xəbər verir ki, hər zaman aktual qalan məsələ həllini tapacaq. Çünki ölkə başçısının imzaladığı 2009-2023-cü il dövlət proqramında problem diqqətdə saxlanılıb.

Valideyn: "Harada saxlayıb düşürüm? Maşını ən azı 300-350 metr yuxarıda saxlamışam. İndi hava xoşdur gedirik, amma yağış yağanda, su, palçıq olanda, oradan düşüb gələnə kimi ayaqqabılar su içində olur".

Yol kənarında yerləşən məktəblərdə hər gün, demək olar ki, eyni vəziyyətin şahidi oluruq, tıxac. Yolu təyin edilməyən yerdən keçən kim, maşınla yolu kəsən kim. Təbii ki, səbəblər var.

Valideyn: "Aşağıda dayanacaq var, orada bizə yer ayrılmalıdır. Heç olmasa oradan düşüb parkın içərisi ilə uşağımızı məktəbə gətirək".

Azər Allahverənov - nəqliyyat eksperti: "Məktəbətrafı səkilər çox dar olur. Həmin səkilərlə hərəkət edən uşaqlar əksər hallarda səki ilə belə hərəkət etmirlər, yola çıxırlar. Bu zaman onunla paralel hərəkətdə olan avtomobil əgər saatda 60 km/saat sürətlə gedirsə, bu, uşaq üçün potensial təhlükəlidir. Ümumiyyətlə, məktəbətrafı yollarda sürət həddi yenidən nəzərdən keçirilməlidir".

Şagird: "Keçən il məni burada maşın vurdu. Sürətlə gəlirdi".

Çox ərazilərdə yol hərəkəti qaydaları düzgün tənzimlənmir. Valideynlər özləri də günahkardır.

Valideyn: "Uşaqların təhlükəsizliyi üçün yaxşı yer deyil, məcbur hamı burada saxlayır".

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, növbəti 5 il ərzində bu problem həllini tapmalıdır. Bunun üçün müvafiq orqanlara təkliflər planının hazırlanması tapışırığı verilib. Ekspertlər deyir ki, həmin təkliflər planında beynəlxalq təcrübənin də yer alması yaxşı olar.

Azər Allahverənov - nəqliyyat eksperti: "Müvafiq qaydada nişanlanmanın aparılması, müxtəlif müşahidə kameraları vasitəsi ilə müşahidələrin aparılması, ümumiyyətlə, səyyar qaydada hərəkət edən yol patrul xidmətinin əməkdaşlarının bu məsələdə nəzarətinin daha təkmil şəkildə qurulması hayata keçiriləcək tədbirlər planının tərkib hissəsində olmalıdır. Beynəlxalq praktikada xüsusi diqqət təhsil müəssisələrinin təcrid olunan ərazilərdə yerləşdirilməsinə yönəlir. Təbii ki, əgər şəhər infrastukturu buna imkan verirsə".

Azərbaycanda tədris ocaqlarının nəqliyyat sıxlığının aradan qaldırılması üçün hazırlanacaq tədbir planında nələrin yer alacağını isə yaxın zamanlarda görmək mümkün olacaq.


Son xəbərlər